adalet.az header logo
  • Bakı 18°C
08 Oktyabr 2018 17:51
9702
İDMAN
A- A+

Farer adaları - Azərbaycan oyununun hakimləri açıqlanıb

Farer adaları - Azərbaycan oyununun hakimləri açıqlanıb.

Adalet.az-ın məlumatına görə, UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində oktyabrın 11-də, saat 22:45-də Torsvollur stadionunda keçiriləcək Farer adaları - Azərbaycan oyununu rusiyalı hakimlər idarə edəcək.

Oyunun baş hakimi Aleksey Yeskov, onun köməkçiləri Dmitri Mosyakin, Anton Averianov, dördüncü hakim Valeri Dançenko, əlavə köməkçi hakimlər isə Sergey Lapoçkin, Mixail Vilkov olacaq.