adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
08 Oktyabr 2018 16:46
6019
MƏMLƏKƏT
A- A+

Şəhid hərbçilərin vərəsələri sabahdan 11 minlik kompensasiya üçün müraciət edəcəklər

Oktyabrın 9-dan şəhid hərbi qulluqçuların vərəsələri birdəfəlik ödəməni almaq üçün notariusa müraciət edə bilərlər. 

Vərəsələr nazirliyin saytında "Birdəfəlik ödəmə" bölməsinə daxil olmaqla hərbi qulluqçunun soyadı, adı və atasının adını daxil edərək, birdəfəlik ödəməni almağa hüququnun olub-olmadığını yoxlaması mümkündür.

Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

Nazir qeyd edib ki, axtarışın nəticəsi olaraq "Hərbi qulluqçunun Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən müəyyən edilən vərəsəsinin birdəfəlik ödəməni almaq hüququ vardır" cümləsi çıxdıqda, həmin vərəsə vəfat etmiş hərbi qulluqçunun sonuncu yaşayış yeri, bu məlun olmadıqda mirasının olduğu yer üzrə notariat kontoruna müraciət etməlidir.

Dövlət başçısı "Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” 19 aprel 2018-ci il tarixli Fərman imzalayıb.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ümumi siyahısı hazırdır. Ədliyyə Nazirliyi həmin şəhid hərbi qulluqçulardan sığorta ödənişinin verilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə aktı olanların siyahısını, Dövlət Sığorta Kommersiya Şirkəti isə vərəsələrinə sığorta ödənişi verilmiş hərbi qulluqçuların siyahısını nazirliyə təqdim edib. Bu siyahılar üzərində müvafiq dəqiqləşdirmə işləri yekunlaşıb.

Fərmana əsasən bu kateqoriyadan olan hər bir şəhid ailəsinin vərəsələrinə 11 min manat məbləğində birdəfəlik ödəmə həyata keçiriləcək