adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
08 Oktyabr 2018 15:17
11235
İDMAN
A- A+

Həbib-Konor döyüşündən sonrakı davanın səbəbi AÇIQLANDI

Rusiyalı döyüşçü Həbib Nurməhəmmədovun atası və məşqçisi Abdulmanap Nurməhəmmədov oğlunun irland Konor Makqreqorla keçirdiyi döyüşdən sonra yaranan dava-dalaşın səbəblərini açıqlayıb.

Adalet.az TASS agentliyinə istinadən xəbər verir ki, davaya səbəb irlandiyalı döyüşçü Konor Makqreqorun məşqçisinin Həbibi və inancını təhqir etməsi olub.

"Makqreqorun komandasından olan məşqçi daim sosial şəbəkələrdə Həbibin əlində şərab içməsi ilə bağlı şəkillər paylaşıb və onu bu cür təsəvvür edib. O, bizim ailəmizi, dəyərlərimizi və dinimizi təhqir edirdi” – Həbibin atası bildirib.


Onun sözlərinə görə, oğlundan bu cür sözlərə reaksiya verməməyi və öz rəqibi üzərində diqqətini cəmləməyi tələb edib.

"Həbib Makqreqoru boğucu fəndlə məğlub edib, məşqçilər tərəfə baxdıqda həmin adam onu təhqir etməyə başladı və bu zaman Həbib oktaqonu aşdı – bu yolverilməzdir” – böyük Nurməhəmmədov qeyd edib.

Xatırladaq ki, oktyabrın 6-da rusiyalı idmançı Həbib Nurməhəmmədiv və irlandiyalı idmançı Konor Makqreqor arasında UFC-nin 229-cu turniri çərçivəsində döyüş keçirilib. Döyüşdə Həbib Konoru məğlub edib. Dərhal bunun ardınca kütləvi dava düşüb.(modern.az)