Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hack forumu hacklink satışı Adalet.az | Anamın bətnindən başlamışdı vətənim... - HEKAYƏ Adalet.az | Anamın bətnindən başlamışdı vətənim... - HEKAYƏ Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / ƏDƏBİYYAT

Anamın bətnindən başlamışdı vətənim... - HEKAYƏ

9817    |   2018-10-12 17:08
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Adalet.az gənc yazar Dəniz Pənahovanın "Keçmişdə gəzinti" adlı yeni hekayəsini təqdim edir.

(hekayə doğum sonrası palatada etdiyim cızma-qara qeydlər və uşaqlıq xatirələrimi topladığım mücrü əsasında yazılmışdır)

Hekayəni çox güman metro qatarında oxumağa başlamısan, yaxud ayağını ayağının üstünə aşırıb otağında sakit bir küncə qısılıb oxuyursan. Bəlkə də artıq yarımçıq buraxaraq bir kənara tulladın. Bəlkə elə universitetdə, parta arxasında sıxıcı keçən bir dərsin ortasındasan.

Hər şey tozlu qəhvəyi mücrü əlimə keçəndən başladı. İçini açanda sehrli bir karandaş qoxusu və məktub məni uşaqlığıma apardı. Deyəcəksiz yenə başladı məktubdan dən vurmağa. Vallah nə edim, epistolyar janr yaxamı buraxmır. Məktub adama çevrilmişəm.

Bətnim vətəni kimi idi. Sanki oradan didərgin düşmüşdü. Dünyaya hələ də alışmır, qaşqabağı yerlə gedirdi. Deyəsən bətnim üçün çox darıxır. Axı mən ona demişdim dünya maraqsızdı, istəsən orada qala bilərsən.

Qızım bətnimdə olanda bətnim yer kürəsi kimi idi. Bu boyda yumrunu daşımağa gücü yetmirdi ayaqlarımın. Doğulduqdan sonran böyük bir boşluq yaşadı vücudum. O boşluğu doldurmaq üçün yazmalı idim.

Qızıma bəstələdiyim layla ilə onu yatızdırdım. Sonra notebookumun arxasına keçdim.
Birdən word papkalarına yığılan kif atmış hekayələrimin obrazları üstümə hücum çəkdilər. Biri saçımı dartışdırmağa başladı, biri barmaqlarımı dişlədi. Ən çox da öz uşaqlığım şuluqluq edir, rəfdəki kitabları töküşdürür, vərəqlərini cırırdı. Halbuki sakit biri olmuşam. Uşaqlığım arada bir gəlib qızımla oynayırdı. Yarımçıq qalan romanımın qəhrəmanı isə gəlib qızımı qucağına aldı. Mən çox qorxdum ki, körpəmə xələl gətirə bilər. O isə stolun üstünə çıxıb danışmağa başladı.

-" Bəsdi də, neçə ildi məni yazıb qurtara bilmirsən. Bezmədin uşaq əmizdirməkdən, monoton günlərdən?! Bizi orada papakanın içində yarımçıq buraxmısan, heç olmasa yarımçıq qalan cümləni tamamlayıb nöqtəsini qoyardın.” Ardınca isə uşaqlığım əlində televizorun pultunu alıb ağzına tərəf tutaraq danışmağa başladı. –"Bilsəydim belə tənbəl olacaqsan böyüməzdim. Niyə məni yazmaqdan qorxursan? Bu qədər çətindi? Sənki uydurduğun hekayələrlə oxucunu aldadırsan, əgər mənlə yaşadıqlarını xatırlamırsansa evdə heçkim yoxkən oturum bütün xatirələrimizi yadına salım, hə nə deyirsən? Axı sən hər şeyi xatırlayırsan, qorxma əzizi mən yetər ki, barmaqlarını klaviaturada tıqqıldat, bacaraqcaqsan. Axı sən yaza bilməyəndə belə edirdin, yalandan klaviaturanı şıqqıldadıb gözlərini yumurdun guya ki, yazırsan. Fonda da Schubert. Beləcə yazmaq vərdişin yaranırdı. Yenə bu metodla başla, məni yarımçıq qoyma Nolar məni yarımçıq qoyma”

Birdən qapı tıqqıldadı. Uşaqlığım qucağıma oppanıb gözləri bərələ, boynumdan yapışdı. Sanki imdad diləyirmiş kimi dedi: -"eşidirsən, məni yarımçıq qoymaaaa.”
Obrazlarım hamısı tez bir anda notebookumun ekranına girdilər.

Gələn yoldaşım idi. Mən olanları ona danışmadım. Alnımdan tər axır, dilim topuq vururdu. Tez bir söz demədən vanna otağına keçdim ki, özümə gəlim.

Bu hadisənin üdtündən küləklər əsdi, qarlar yağdı, qızım bir azca böyüdü ana dedi və o mistik hadisə bir daha təkrarlanmadı. Ta ki, notebookumun arxasına keçib yarımçıq qalan uşaqlığımı tamamlamaq qərarına gəlincəyədək.

Uşaqlığıma məktub yazardım ki, oxusun və böyüməsin.

Komputerimin ekranına diqqətlə baxdım, öncə worddəki hərflər oynaşmağa başladı, yerlərini dəyişdirir, fərqli cümlələr əmələ gətirirdi. Silinir, məni qorxudur sonra qəhqəhə çəkən hərflər yenidən birləşirdilər. Ekranda hekayə qəhrəmanlarım film kimi canlanırdı. gözlərim bərəlmiş, ağzım çənəmə düşmüşdü nitqim qurumuşdu. Öncə barmağımı ekrana doğru uzatdım ki, bəlkə halisunasiyadı görürəm. Sonra bədənimi ekrandan içəriyə atdım. Beynimdə sadəcə bir fikr vardı, keçmişə gedib uşaqlığımdakı bəzi anları dəyişmək. Elə bilirdim ki, keçmişə gedəcəm. Bəlkə də gedəcəm kim bilir.


Anamın bətnindən başlamışdı vətənim. Deyəsən çoox keçmişə getmişdim.

Lap sıfıra gəldim, anamın bətninə. Dünya xaosdan yarandığı kimi mən də spermadan yaranmışdım. Bəlkə elə burdan başlayım. Keçmişi lap başlanğıcından silim, heç doğulmayım. Amma yox, notebookdan o tərəfdəki həyatda məni qızım gözləyirdi, yaşamağa davam etməli bəzi qaysaq bağlamış yaraları silməli, ya da dəyişməli idim.

Bizim dünyadan fərqli idi orası. Nə ağacı vardı, nə buludu. Torpağı da xatırlamıram. Xatırladığım tək şey siyah səma idi. Səmanın ulduza bənzər çoxlu-çoxlu ağ nöqtələri vardı. Mən onlara toxuna bilirdim. Onlar əllərimdən balıq kimi sürüşüb yenidən yuxarı qalxırdılar. Yaradılışımda gördüyüm ilk şey səma və ulduza bənzər şey olub. Yəqin ki, ona görə uşaq vaxtı kosmonavt olmaq istəyirmişəm. Bəlkə siz də lap-lap dərin keçmişlərə dalsanız ananızın bətnində olduğunuz ilk vaxtları xatırlaya bilərsiniz. Bəlkə orada sizin səmanız mavi rəngdədi, bəlkə ağdı, bəlkə qırmızı. Bəlkə heç səması yoxdu torpağı var. İnanıram ki, mənim bu xatırladığım dərin keçmişi milyard adamın içində ən az bir neçəsi xatırlaya bilib. Çünki bu xatırlamanı sayaqlamadı deyib gülüb keçiblər.


Təqvimin 30-u bir oktyabr axşamına doğru bayırda intihar küləyi sarı yarpağı itələyib yıxdı ağacdan. Hüznün o biri üzü payızdı. Payızın o biri adı intihar.

Bir balaca qızcığaz da vaxtından tez, səkkiz aylıq olarkən anasının bətnindən yəni ilk vətənindən hündür yerdən ataraq intihar elədi. Və düşdü dünyaya. Dünya adlı yerdə yenidən doğuldu. Deyilənə görə heç ağlamırmış. Ancaq acanda bir balaca vüə- vüə edərmiş. Çox sakit uşaqmışam. Notebookumun sayəsində körpəliyimə gəldim.

Xəstəxanada ağ xalat tapıb əynimə keçirdim.

Doğulduğum palataya girdim. Dayanıb bir xeyli çağa vaxtımı kənardan süzdüm. Görəsən məni görə bilər? Toxunsam hiss edər? Ki, mənəm. Axı körpələrin gözləri tam açılmır, tül pərdədən baxan kimi görürlər. Ya anam məni görərsə. Görsə onsuz da tanımayacaq, bilməyəcək ki, gələcəkdəki qızlarıyam. Anama doğru yaxınlaşdım. Məni qucağına alıb əmizdirirdi. Düşünürdüm ki, pampers şirkətindən gəldiyimi deyim, həmin an tez xatırladım ki, mənim dövrümdə pampers taxmırdı uşaqlar.
- Salam Sədaqət xanım, məni baş həkim göndərib neçə gündür burdasız?
- Bu gün olub doğuş. Axşamtərəfi 6-da
- ( Deməli məni görür və eşidir dedim içimdən) Olar körpəni bir dəqiqəlik, siz qalxmayın hələ qalxmaq olmaz 2 saat uzanmalısınız. Mən uşağı gətirərəm. Müayinədən keçirməyə aparmalıyıq.

Mən özümü qucağıma alıb palatadan dəhlizə doğru yan aldım. Qapının kəndarında körpəliyimə baxdım. Məsum və kədərli gözləri ilə gülümsəyirdi mən. Sonra gözlərini yumub yatdı. Özümü qucağıma doğru sıxıb qoxladım. Bütün körpələr süd qoxuyur. Görəsən neçə adam öz uşaqlığını qucağına alıb. Həyatda edə bilmədiyimiz çox şeylər vardı. Mənim qol saatımda zaman dayanmamışdı. Amma 1992-ci illə də eyni vurmurdu əqrəblər. Yenidən palataya girib anama yaxınlaşdım. Üzümə diqqətlə baxsa da heçnə anlamadı. Bəlkə də sifətimdəki doğmalıq ona olmayan dejavünü yaşadırdı.
- Baş həkim kabinetində yox idi. Siz yatın arıtq, körpəni də beşiyinə qoyuram, yatın dicəlin, yəqin sabah müayinə olunar deyib palatadan çıxdım.

Burada dəyişiləsi heçnə yox idi. Bir az oyuncaq qoxan illərə, atılıb düşdüyüm günlərə getməliyəm, orda mütləq dəyişməyə bir şey tapacam.
Dəhlizdə həkim otaqlarından birini axtarırdım ki, notebook tapa bilim. Öz dövrümə geri dönməli, qızıma baş çəkib ağlayıb ağlamadığını yoxlamalı idim. Həm də bəlkə buradakı zaman dilimi ləngdi, orada bəlkə səhər açılar qorxusu vardı içimdə. Ya da geriyə qayıda bilmərəm. Notebookla zamanda səyahət edirdimsə deməli notebook tapıb geri dönməliyəm.

Dəhlizin solunda ikinci otağın qapısı aralı idi. Aradan baxıb gördüm ki, stolun üstündə köhnə tipli güclə işləyən stolüstü kompüter var. Vaxt itirmədən içəri keçməliyəm, ya mənim yad adam olduğuma görə icazə verməsələr komputerdən istifadəyə. Bir şey uydurmalıyam. Uydurma mexanizmam dərhal işə düşdü. İçəri keçəndə gördüm ki, yaşlı və bədənini güc bəla ilə ayaqları üzərində daşıyan qadın xor-xor xoruldayır. Tez köhnə kompüteri yandırmaq üçün düyməni axtarmağa başladım. Kompüter çox köhnə idi. Ya bu köhnə kompüterdən lap keçmişlərə düşsəydim. Anam həmişə öz işlədiyi köhnə komputerdən, iş yerindən keçmişdən danışardı. Amma onun işlədiyi komputer daha böyük idi.
Onsuzda başqa zaman dilimində olduğum üçün uşaqlığıma səyahət baş tutacaqdı. Amma dəyişmək istədiyim zamana düşə biləcəkdimmi? Dərhal word faylı açıb bir şeylər yazmağa başladım. Elə o dəyqəcə yenidən hərflər rəqs edib gülməyə sonra da canlanıb insana və həyata çevrilməyə başladı. Dərhal ekranın içinə girdim. Məni yaralayan illərə getməli idim. Ancaq necə getməli olduğumu, illəri necə seçməliyəm bilmirdim. Ürəyimdən 2000-ci ili keçirdim. Və sürətlə rəqəmlərin arasıynan süzülüb 2000-ci ilə düşdüm. Yerə səpələnmiş yumru iki deşikli rəngli kasetlər, maqintafonumuz və uzaqdan Barış Mançonun səsi...Xalam o biri otaqda uzun saçları ilə özünü Barış Mançoya bənzədir səsinə səs verirdi. Qardaşım əlində tetres oynaya-oynaya bir əlində də top həyətə düşürdü. Mən də qara qartaldan ( atamın maşınını belə adlandırmışdıq) düşürdüm. Tez özümü səsləyib çağırdım. Uşaqlığım çox tipsiz olub. Saçım qalın olsun deyə anam hər yay oğlanbaş edərdi məni. Oğlan paltarları geyinib mən kişiyəm, mən kişiyəm mahnılar qoşurdum özümdən.
Bir şeyləri dəyişmək vaxtı gəlib çatmışdı.

Ey, balaca qara cücə bura gəl görüm. - Özümü səslədim.
Onsuz da məni tanıyası deyildi. Tam da istədiyim zamana düşmüşdüm. Elə indi özümə əngəl olmalıydım. Mən sənəm, gələcəkdən gəlmişəm desəm təbii ki, inanmayacaqdı.
Özümə yaxınlaşdım. Bax gedib indi anana deyəcəyin şeylər gələcəkdə həyatını çox dəyişəcək. Məsələn sən atasız qalacaqsan. Maşında ögey anan oturub bunu desən dava düşəcək aləm dəyəcək bir -birinə.
Sən bunları hardan bilirsən?

Bilirəm, mən çox uzaqlardan gəlmişəm. Orada, sən böyük qızsan. İndi mənə söz ver, ananı ya atanı ən çox hansını çox istəyirsənsə onun canına and iç və söz ver ki, ögey ananın varlığını anana deməyəcəksən. Onsuz da anan bunu biləcək. Sən bunu desən, gələcəkdə səni xəbərçi adlandıracaqlar, sən çox peşman olacaqsan. Hətta anan da səndən inciyəcək. Qoy olanlar sənin sayəndə yox başqa yolla ortaya çıxsın. Sözver.
-”Söz verirəm”. dedi.

Həmin an sanki içimdə illərdi ilişib qalan kəpənək pır-pır qanad çalıb uçdu, azad oldu. Mən də kompüter tapıb geri qızımın yanına qayıtdım.

Uşaq vaxtı günlük tuturdum. Və mücrümdə sevdiyim əşyaları yazdığım məktubları və o günlüyü saxlayırdım. Günlükdə həmişə gerçəklər yazılır və gizli saxlanılır. İndi həmin günlükləri, məktubu oxuyuram. Yuxarıda yazmışdım axı tozlu , karandaş qoxusu verən qutu. Keçmişi dəyişib dəyişmədiyini öyrənmək üçün atama zəng vurdum.

Dud, dud, dud. Uzun qudok səsindən sonra sərxoş atamın yorğun səsi alo dedi.



İmza:
SON XƏBƏRLƏR
2018-12-14
2018-12-13


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Arsenal"?

"Qarabağ" (79.8%)
"Arsenal" (20.2%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Mamed:
- Qurtardı, arvadı boşayıram.
Qulam:
- Niyə?
- Təsəvvür edirsən, dünən səhər saat yeddiyə yaxın sakitcə yaxınlaşıram evimizin qapısına. Fikirləşirəm ki, ehmalca qapını açıb xəlvətcə sivişim otağa ki, heç kim bilməsin nə vaxt gəldiyimi. Elə bu zaman arvad da mənnən bir vaxtda qapıya yaxınlaşır, necədi səninçün?!
Soruşuram: "Hardan gəlirsən bu vaxt, aaaz?" Deyir ki, "ən yaxın rəfiqəm Tomagildən". Mən də dedim "qurtardı, boşanırıq!"
- Ay gədə, bəlkə elə doğrudan da Tomagildən gəlirmiş?
- Qələtdi dəə eləyir, Tomagildən mən gəlirdim...




digər lətifələr
ARXİV
FACEBOOK