adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
09 Oktyabr 2018 10:15
7017
SİYASƏT
A- A+

HƏMSƏDRLƏR ÜÇ ALMANI YERƏ DÜŞMƏYƏ QOYMUR

Ağlı kəsəndən nağıllarla yatan, nağıllarla oyanan , nağıllarla yaşayan, nağıllara inanan , işıq gələn tərəfə yox, it hürən tərəfə gedən, ətini kəsib qurd-quşa yedizdirən , ömrü boyu Ağ Atlı Oğlan gözləyən xalqımız beş rayon nağılından yaman sevindiriyə düşüb. Qəzetələrimiz də bu beş rayon nağılını elə bərli-bəzəkli təqdim edirlər ki, heç uydurma Azərbaycan nağıllarını Sovet ideologiyasının diqtəsi ilə yazan Məmmədhüseyn Təhmasib bu beş rayon və ya yeddi rayon nağılını bu cür qurub-qoşa bilməzdi.

Ölkəmizin bir nömrəli qaçqını Həsənqulu telefon açıb soruşur ki, Məllim, qəzetələrdə oxudum ki, Ermənistan beş rayonu qaytarır, o nağılın axırı nə təhər oldu?

Mən də dedim ki, hər nağılın axırında göydən üç alma düşür. İndi ATƏT-in amerikalı, fransalı və urusiyalı həmsədrləri hərəsi həmin almaların birini tutub, qoymur yerə düşə. Gərək onları rədd edib qovaq ki, almalar yerə düşsün, nağıl da bitsin.