adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
08 Oktyabr 2018 12:26
12418
ELM VƏ TƏHSİL
A- A+

Məşhur alim Qara Mustafayev vəfat etdi

Azərbaycanın məşhuralimi, biologiya elmləri doktoru, professor, Bakı Dövlət Universitetinin (BDU) "Onurğalılar zoologiyası və bioekologiya" kafedrasının müdiri Qara Mustafayev 86 yaşındavəfat edib.

Bu barədə BDU-dan məlumat verilib.

Qeyd edək ki, Q.Mustafayev25 dekabr 1931-ci ildə Kürdəmir rayonunda kolxozçu ailəsində anadan olub. 1954-cü ildə ADU-nun biologiya fakültəsini bioloq-zooloq ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib. 1954-1957-ci illərdə aspiranturada təhsil alıb. 1958-ci ildə elmlər namizədi (1958) və elmlər doktoru (1985) alimlik dərəcələrini və sonra professor elmi adını alıb. 1958-1960-cı illərdə AMEA-nın Zoologiya İnstitutunda elmi işçi, 1960-cı ildən Bakı Dövlət Universitetinin Biologiya fakültəsində çalışıb.

Elmdə və təhsildəki xidmətlərinə görə o 30-dan çox tərifnamə, medal, fəxri fərman, diplom və digər mükafat və qiymətli hədiyyələrlə təltif olunub, Beynəlxalq Pedaqoji Elmlər Akademiyasının akademiki seçilib və "Şöhrət Ordeni"nə layiq görülüb.

Xatırladaq ki, mərhum Azərbaycanın dövlət televiziyasında yayımlanan"Təbiəti sevənlər” verilişinin aparıcısı kimi məşhur idi.

Allah rəhmət eləsin!