İlham Əliyev ABŞ Etnik Anlaşma Fondunun prezidentini qəbul edib - YENİLƏNİB
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 8-də ABŞ Etnik Anlaşma Fondunun prezidenti Mark Şnayeri qəbul edib.
Mark Şnayer Prezident İlham Əliyevlə Bakıda və ABŞ-da keçirdikləri görüşləri məmnunluqla xatırladı.
Söhbət zamanı Azərbaycanda müxtəlif xalqların və etnik qrupların, o cümlədən yəhudi icması nümayəndələrinin dinc yanaşı və əmin-amanlıq şəraitində yaşamaları üçün hər cür şəraitin yaradıldığı qeyd olundu, onların Azərbaycanın ictimai həyatında fəal iştirak etdiyi vurğulandı.
Görüşdə Azərbaycan ilə ABŞ arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyi bildirildi, ABŞ Etnik Anlaşma Fondunun bu işə töhfə verdiyi qeyd olundu.
Digər Xəbərlər
23 Aprel 2024 15:44
İlham Əliyev Çinlə əməkdaşlıqdan DANIŞDI
23 Aprel 2024 15:43Azərbaycan Prezidenti: “Dünya bundan sonra uzun illər ərzində hasil edilən enerji mənbələrinə ehtiyac duyacaq”
23 Aprel 2024 15:34Prezident: “COP29 üç Cənubi Qafqaz ölkəsi arasında gələcək əməkdaşlıq üçün yol açacaq”
23 Aprel 2024 15:23Hikmət Hacıyev: “Azərbaycan tərəfi İlham Əliyevin Rusiyaya səfərinin nəticələrini çox müsbət qiymətləndirir”
23 Aprel 2024 15:15