adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
06 Oktyabr 2018 09:49
7936
ƏDƏBİYYAT
A- A+

Əbülfət MƏDƏTOĞLU: ÜRƏYİMƏ OXUNAN İTTİHAM

Sıx özünü ürəyim,
Gününü "ah" etmə sən...
Sevdin, günah elədin ! -
Bir də günah etmə sən...

Qalan ömrü başına
Yaşa , baxma yaşına!
Nahaqdan göz yaşına -
Yanağı yol etmisən!..

Heyrət içdən gəlirsə
Qəm sinəni dəlirsə...
Ortada eşq ölürsə -
Hayına gec yetmisən...

Göz önündə Sənan - dağ -
Olammadın Sənancaq!
Bu dünyada sən ancaq -
Yetimliyə yetmisən!..