adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
07 Oktyabr 2018 09:47
10182
ƏDƏBİYYAT
A- A+

Əbülfət MƏDƏTOĞLU:YAĞIŞ PIÇILTILARI

Damcı- damcı sönürəm
damcı- damcı ölürəm...
Bir heçliyə dönürəm -
Əvvəl kim idim ? - heç kim...

Qəmi mehdən duyuram
Qəmi şehnən yuyuram...
Nəm çəkməknən doyuram -
Başdan bu yolu seçdim...

Adım dilə də yatmır
Dil də adımı atmır!,,
Kölgəm su da da batmır !-
Düz ortasından keçdim...

Ürək qıyma , qıymadı...
Onu bir qız qıyladı...
Sevgisini qıymadı -
Mən əzabını içdim!