adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
08 Oktyabr 2018 09:47
8208
ƏDƏBİYYAT
A- A+

Əbülfət MƏDƏTOĞLU: SABAHIMIZIN ŞƏKİLİ

İstədim ürəyimi
Ürəyinə bələyim...
Gülüb , dedin;- dəliyəm
Sən dəliyə Yar !- deyim...

Dondum bir an , amma ki ,
Dəlilikdən sınmadım...
Sən özün də , danma ki -
Dəliyə inanmadın?!

Düşündün ki , ötəri
Bir duyğudu , sönəcək...
Bir az aşıb qədəri -
Ayılacaq , dönəcək...

Bilmədin ki , yanılan
Özünsən !- seçimində...
Yoxdur, özgə sən inan -
Günahı heç kimin də!..

... Sənin əlin qoynunda
Mənim boynum bükülü...
Gətir ömrün sonunda -
Fikrinə bu şəkili...