adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
07 Oktyabr 2018 20:04
10742
DÜNYA
A- A+

Parisin mərkəzində silahlı insident olub

Fransanın paytaxtı Parisin mərkəzində silahlı insident baş verib.

Adalet.az xarici KİV-ə istinadən xəbər verir ki, "V Georq" küçəsində naməlum şəxsin avtomobili atəşə tutması nəticəsində 2 nəfər yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Onların vəziyyəti ağır qiymətləndirilir.

Cinayəti törədən şəxs hadisə yerindən qaçıb. Faktla bağlı araşdırma aparılır.