adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
09 Oktyabr 2018 15:58
11110
DÜNYA
A- A+

İndoneziyada ölənlərin sayı 1763-ə çatıb

İndoneziyada zəlzələ və sunami nəticəsində həlak olanların sayı 1763 nəfərə çatıb.

Bu barədə İndoneziyanın təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması üzrə milli idarəsi məlumat yayıb.

Xatırladaq ki, sentyabrın 28-də Mərkəzi Sulavesi əyalətində 7,4 bal gücündə zəlzələ və sonrakı iki sutka ərzində 170-ə yaxın yeraltı təkan baş verib. Zəlzələdən sonra Palu şəhərini iki metr hündürlüyündə sunami vurub. Ölənlərin sayının artacağı istisna olunmur.