Bakıda veloyürüş keçirilir - “Az avtomobil, çox həyat”
Bakıda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşəbbüsü, Dövlət Təhlükəsizliyi Xidmətinin, IDEA İctimai Birliyinin, BMT-nin İnkişaf Proqramının Azərbaycandakı nümayəndəliyinin, Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin, Azərbaycan Velosiped İdmanı Federasiyasının, Daxili İşlər Nazirliyi, Səhiyyə Nazirliyi, Respublika Olimpiya Velosiped Məktəbinin və "Isma Bike”ın iştirakı ilə "Az avtomobil, çox həyat” devizi altında veloyürüş keçirilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Umayra Tağıyeva veloyürüşün keçirilməsində məqsədin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına dair Paris Razılaşmasından irəli gələn öhdəliyin yerinə yetirilməsinə diqqət çəkmək, istilik effekti yaradan qazların azaldılmasına töhfə vermək və avtomobilsiz istirahət günü ənənəsini təbliğ etmək olduğunu deyib.
Sonra U.Tağıyeva və Velosiped İdman Federasiyasının nümayəndəsi veloyürüş iştirakçılarına təhlükəsizlik qaydalarını izah ediblər.
Veloyürüş Azneft meydanından start götürüb və Heydər Əliyev Mərkəzinədək davam edəcək.
Digər Xəbərlər
25 Aprel 2024 11:52
Heç olmasa, Musa Yaqubun xətrinə...
25 Aprel 2024 11:45Kağızın Təkrar Emalı Fabrikinə mediatur təşkil olunub - FOTOLAR
25 Aprel 2024 10:40Vətəndaşlar öz avtomobilləri ilə Laçına gedə biləcəklər
25 Aprel 2024 10:32Azərbaycanda balıq ovu qadağan edilir - Bu tarixdən
24 Aprel 2024 14:41