adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
06 Oktyabr 2018 15:32
13122
KRİMİNAL
A- A+

Evdən 5 min manatlıq qızıl oğurlayan şəxs saxlanıldı

Bakıda evdən 5 min manatlıq qızıl əşyalar oğurlayan şəxs tutulub.

DİN-dən Adalet.az-a verilən məlumata görə, Səbail RPİ 8-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oktyabrın 4-də rayon ərazisindəki evlərin birindən 450 manat oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş Sübhan Muxtarov saxlanılıb.

Araşdırmalar zamanı S.Muxtarovun əlavə olaraq 5000 manat dəyərində qızıl-zinət əşyaları oğurladığı da müəyyən edilib.