Hacıbala Abutalıbova yeni vəzifə tapşırıldı
Baş nazir Novruz Məmmədovun imzaladığı qərarla "Azərbaycan Respublikası Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyası üzvlərinin Siyahısı”nda dəyişikliklər edib.
Adalet.az xəbər verir ki, Nazirlər Kabinetinin bu qərarında bildirilib:
"Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 3 mart tarixli 93 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyası üzvlərinin Siyahısı”nın "Komissiyanın sədri” bölməsində "Abid Şərifov” sözləri "Hacıbala Abutalıbov” sözləri ilə və "Komissiyanın üzvləri” bölməsində "Ceyhun Bayramov” sözləri "Firudin Qurbanov” sözləri ilə əvəz edilsin”.
Beləliklə də,Hacıbala Abutalıbov Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının sədri təyin olunub.
Digər Xəbərlər
19 Aprel 2024 11:19
İsmayıllıdakı bazarda nöqsanlar aşkarlandı
19 Aprel 2024 10:17“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır
18 Aprel 2024 15:06Vardanyanla bağlı Norveç Nobel Komitəsinə AÇIQ MƏKTUB
18 Aprel 2024 13:39Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyəti dayandırılacaq
18 Aprel 2024 12:32