adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
05 Oktyabr 2018 17:56
10999
DÜNYA
A- A+

Nazarbayev nazirləri “hədələdi” - Xariciləri dəvət edəcəyəm

Qazaxıstan Prezidenti Nursultan Nazarbayev xalqa müraciəti zamanı nazirləri "hədələyib”.

Trend-in məlumatına görə, N.Nazarbayev nazirləri daha səmərəli işləməyə çağırıb, əks halda onları xarici mütəxəssislərlə əvəz edəcəyini deyib.

Prezident bildirib ki, ölkə bütün sahələrdə səmərəli şəkildə və bacarıqlı mütəxəssislər tərəfindən idarə olunmalıdır:

"Bu mütəxəssisləri axtarmaq lazımdır. Bizdə "Air Astana”ya kim rəhbərlik edir? İngilis. Nazarbayev Universitetinin rəhbəri kimdir? Yapon. Əgər yaxşı işləməsəniz, bütün mütəxəssisləri xaricdən dəvət edəcəyəm”.