adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
05 Oktyabr 2018 15:04
8683
SİYASƏT
A- A+

Çingiz Qənizadə rusiyalı deputata etiraz etdi

Rusiya Dövlət Dumasının MDB ölkələri, avrasiya inteqrasiyası və soydaşları ilə əlaqələri üzrə komitəsinin sədr müavini Konstantin Zatulinin Azərbaycan əleyhinə səsləndirdiyi növbəti aqressiv açıqlama Milli Məclisdə də müzakirə mövzusu olub.

Modern.az-ın məlumatına görə, iclasda çıxış edən deputat Çingiz Qənizadə bu məsələyə diqqət çəkərək deyib ki, MDB ilə iş komitəsinin rəhbərliyində olan şəxsin belə bir mövqeyi qəbulolunmazdır.

"Təbii ki, biz onun fikirlərini Rusiyanın mövqeyi kimi qəbul edə bilmərik. Zatulin iddia edib ki, əgər Dağlıq Qarabağda müharibə başlasa, bu, Azərbaycanın dağılması ilə nəticələnə bilər. Daha sonra iddia edir ki, Azərbaycanın siyasəti sənədlərdən fərqli olaraq başqa cürdür. O, bir həmkarımızın özünəməxsus fikirlərini əsas götürüb bunu Azərbaycan dövlətinin siyasəti kimi təqdim etməyə çalışıb. Təbii ki, biz bunu qətiyyətlə pisləyirik!”

Deputat daha sonra Zatulinin ermənilərə bağlı olmasına diqqət yetirib.

"Zatulin Dağlıq Qarabağda qondarma "parlament seçkiləri” keçirilərkən qanunsuz olaraq ora səfər edib.

Bununla da o, Azərbaycan XİN tərəfindən arzuolunmaz şəxslər sırasına salınıb. Üstəlik, o, Batumidə anadan olub və orada acarlara bərabər, ermənilər də yaşayır.

Mən bu tribunadan istifadə edib demək istəyirəm ki, biz daha böyük siyasi məsələlərdə olduqca ehtiyatlı olmalıyıq! Biz heç vaxt demirik ki, 20 Yanvar hadisələrini Rusiya törədib. Biz deyirik ki, bu hadisələri SSRİ rəhbərliyinin əmri ilə Sovet ordusu törədib”-deyə Ç.Qənizadə söyləyib.