Dueldə sevdiyi qadına görə canından keçən şair

EMİNQUEY AKİF
43522 | 2018-10-06 11:32

Rus dilinin lüğət tərkibinə minlərlə sözgətirən dahi Puşkini dünyada yəqin ki tanımayan yoxdur. "Qaraçılar","Yevgeni Onegin", "Boris Qodunov", "Daş qonaq","Böyük Pyotrun ərəbi", "Dubrovski", "Qaratoxmaqqadın", "Kapitan qızı", "Qafqaz əsiri","Baxçasaray çeşməsi", "Tunc atlı", "Xəsiscəngavər", "Motsart və Salyeri" kimi əsərlərin müəllifi ruspoeziyasının daim göz oxşayan günəşi idi. Özü dediyi kimi, qorxunc, qəribətaleyi olan Puşkinin ölümü də dəhşətli olur. İçində ikiləşən Puşkinin biriməhvə doğru addımlasa da, o biri ədəbiyyat uğrunda savaşdaydı...

Puşkinin qadınına kənardan baxış

"Xanımın – sənin düşmənin, səninşeytanın, vəfasızın... Sən öz poemanı xaincəsinə, söyüşlə dolu yazdın..."– anonim imzayla belə bir məktub gəlmişdi. "Qadın eşşəkarısı kimi Rusiyadahərlənirdi" - ədəbiyyatçı Yakor Neverov züy tuturdu...

İllər ötüb keçdi, ancaq NatalyaQançarovanın adını rahat buraxmadılar. "Yalnız gözəldir, sadəcə, gözəl...Düzəlməyən ağlı, ruhu, ürəyi ilə bərabər, çox gözəldir..." – MariyaSvetayeva Natalya Nikolaevnaya belə yazırdı.

Bu bəhs edilən qadın Puşkinin"mənim Madonnam", "mənim təmiz, pak obrazım" adlandırdığıqadındır. Ola bilərmi, otuz yaşında bir şair yanılsın? O, kimi tərənnümetdiyini, kiminlə evləndiyini bilmirdimi?

Qorxunc tale

Puşkin özünün möhtəşəm intuisiyasıylagələcəkdə qarşısına çıxan faciəni görürdü. Toydan bir gün əvvəl arvadı olacaqqadının anasına məktub yazmışdı: "Yalnız davamlı və vərdişə çevrilmişyaxınlıq məni sizin qızınızla bağlaya bilər. Ümid edirəm ki, onu özümə yaxınedə bilərəm, ancaq məndə olan heç bir özəllik onun xoşuna gəlmir. Əgər əliniuzatsa, mən toxunuşla çox rahat bir şəkildə onun ürəyini hiss edə biləcəm...Onun buna ürəyi yanmırmı? Mənə ona bağlanmış biri kimi deyil, insan kimibaxmayacaqmı? O hiss eləmirmi ki, məni özündən kənarlaşdırır? Bir Allahşahiddir ki, mən ona görə ölməyə hazıram. Ancaq məhz ona görə ölərəm ki, o,məğrur, alnıaçıq bir dul qadın kimi sabah başqa biriylə evlənə bilsin..."

Bu məktubun yazılmasında sirli bir motivvar. Puşkin intuitiv olaraq gələcək fəlakəti dəqiq bilir. Şair gününgərginliyindən belə bir nəticə çıxarmışdı: "Bu heç də yaxşı olmadı".Əşyalar da Puşkinin fikrini təsdiqləyirdi: masanın üstündəki xaç və dini kitabşam işığının zəifləməsindən görünmür... Puşkin bir daha öz-özünə deyir:"Bütün bunlar pisə işarədir!"

"Ürək ölümcül döyünür... Hər şey,amma hər şey ölümlə məni hədələyir... Özü də anlaşılmaz bir ləzzətlə..." –deyəsən, Puşkinin daxilindən bu sözlər eşidilirdi. Bütün bunlarla yanaşı, şairözünə güvənən biri kimi, şux addımlarla, bir kişi, bir zadəgan cəsarəti ilətaleyini qarşılamağa yollandı.

Duel də döyüşdür, fəlakətin üstünə gülləkimi şığıdı, qaraçıyla veyil-veyil gəzdi... Bir sözlə, bir oyun oynadı vəkartlar onun uduzduğunu göstərdi...

"Döyüşdən həzz almaq deyilən birşey var... Bir də axan qanının yaratdığı qaranlıq dərinlik..." Bu dərinlikhəmişə barmağıyla şairi yanına çağırdı, onu ovsunladı. Rusiyanın ən gözəlqadını, onun arvadı dərinliyin özü deyildimi? Ancaq ən yaxşısı ora, dərinliyədoğru getməkdir, yoxsa sakit, lal-dinməz həyat şairə görə deyil!

"Mən gərək səninlə evlənəydim,çünki bundan əvvəlki həyatım bədbəxtliklə iç-içəydi" – toydan üç il sonraşair qadına yazmışdı.

Qadının kimliyi

Natalya Nikolayevna eynən Puşkin kimiadi bir ailədə doğulmamışdı. Analığı isveçli bir baron Moris fon Posseyləevlənmişdi. Onlar Liflandiyada yaşayırdılar. Lakin qızın anadan olmasındansonra qadın barondan ayrılıb sevdiyi knyaz İvan Aleksandroviçin yanına,Peterburqa gedir.

İvan Aleksandroviç o vaxt evli idi: ikiqızı, bir oğlu vardı. Evdə qalmaqalın qopmasından sonra o, mehribanlıqla,qayğıyla onları da öz ailəsinə qatmağa razı olur. Analığı Ulrika təxminən otuzyaşa çatdıqdan sonra ölür, bala Natalyaya isə onun qanuni əri doğma biri kimiömrünün axırına qədər baxır.

İvanın bacısı Natalyayla birlikdəPeterburqa köçürlər. Xalası Natalya Kirilovna mötəbər icmadan idi. Qız onunhimayəsində böyüyürdü. Evinə tezliklə alışan Natalya İvanova tezlikləimperatriça sevgilisi kavalerqard (çar ordusunda qvardiya süvari hissələritərkibinə daxil olan alaylardan birinin əsgər və ya zabiti – O.A.) Oxotnikovuöldürtürür. Oxotnikovun öldürülməsindən sonra Natalya İvanovna tez-tələsikkətan zavodunun sahibinin oğlu Nikolay Qonçarovla evlənir. I Aleksadrınfamilyasını daşıyan bütün kübar təbəqə nikah mərasimində iştirak edirdi.

Natalya İvanovna yaraşıqlı, ağıllı,təhsilli ərini sevmirdi. Nikah günündə də qadın ruhdan düşmüşdü. Axır-axırda o,içkiyə qurşandı, əxlaqsızlığa başladı, nökərlə olan münasibətini də özünə ayıbsaymadı. Əri belə bir həyatı qəbul edə bilmədiyi üçün başını itirdi. Hər şeydəhaqlı olduğuna inanan inadkar Natalya İvanovna pis vərdişlərindən əl çəkmədi vəbundan ən çox qızı ziyan gördü: onu qapalı yerdə ac saxladı...

O, digər bacılarından çox fərqlənirdi.Böyük olan Yekaterina sakit, dözümlü, ortancıl Aleksandrina olduqca təmkinli,balaca Natalya isə lal-dinməz, özünə qapalı, eynən atası kimi biri idi.

Natalya Puşkini sevir...

Natalya utancaq, qorxaq biri kimiböyüdü. O, şair olmaq arzusundaydı. Bax elə buna görə on altı yaşlı qızınqabağına Puşkinin çıxması onun bu adamı yarım Allah kimi görməsinə səbəb oldu.Məhz buna görə qız öz ürəyini həmişəlik şairə verdi.

Qız onu öz xasiyyətinə uyğun sakit,hay-küysüz sevir, Puşkin isə ona gənclik ehtirasıyla, ilahi bir sevgiyləyaxınlaşırdı... Elə bunun özü onların arasında böyük bir əngəl oldu.

Puşkinin sonu

Puşkini xoşbəxt hesab etmək olardı: ohəm Rusiyanın bir nömrəli şairi adına layiq görülmüş, həm də ölkənin ən gözəlqadınını ələ keçirmişdi. Ancaq bəzən xoşbəxtliyin ömrü də insan taleyi kimiolur: heç gözləmədiyin anda qəfil məhv olub gedir...

Çar I Nikolayın Puşkindən zəhləsi gedirvə şair bunu hər addımda hiss edir. Təşkil olunmuş bir balda Puşkin Natalyanıçardan xilas etmək üçün dəridən-qabıqdan çıxır. Elə bu zaman Puşkinin qabağına dahaçətin bir əngəl çıxır: Dante peyda olur. Dantes çox qəddar və inadcıl biriydi.O, uğrunda döyüşəcəyi qadına görə hər şeyindən vaz keçməyə razı olacaq birtəbiətə malik idi. Onun üçün önəmli olan öz gələcəyi idi. Və bu gələcək onuhara aparır-aparsın Dante buna razıydı. O, öz rolunun öhdəsindən gələcəyinəinanırdı. Və ifa olunan bu rol, çarın xeyrinə qurulan bu oyun Puşkinin sonunaçıxacaqdı...

...Puşkinin qorxusu və qorxusuna qarşıçıxması onun ölümünə, xoşbəxtliyin bir anda darmadağın olmağına səbəb oldu...

TƏQVİM / ARXİV