Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hack forumu hacklink satışı Adalet.az | DGTYB – 20! Adalet.az | DGTYB – 20! Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

DGTYB – 20!

5539    |   2018-10-05 13:32
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Məşhur rus aktyoru Oleq Tabakova sual verirlər:

* Oleq Pavloviç, səhnədə güldürmək çətindir, yoxsa ağlatmaq?

* Ağlatmaq asandır, güldürmək çətin, – deyə aktyor fikirləşmədən cavab verir.

Rus aktyorunun bu fikrindən çıxış edərək qarşıya belə bir sual qoyaq: "Bəs gerçək həyatda necədir?” – Həyatda ağlatmaq, incitmək, qəlbə dəymək... asandır, yoxsa, güldürmək, sevindirmək, sevmək, könül xoş etmək..? Ayırmaq, nifaq salmaq, vuruşdurmaq... asandır, yoxsa, birləşdirmək, evləndirmək, yaxınlaşdırmaq, ülfət..?

Bu girişi təsadüfən vermədim. Dostum Əkbər Qoşalı mənə deyəndə ki, qurucusu olduğu Dünya Gənc Türk Yazarlar Birliyinin bu il 20 yaşı tamamdır, elə ilk yadıma düşən bu mülahizələrim oldu. Düzdür, adı Birlikdir amma bu ada layiq olmaq, onu gerçəkdə həyata keçirmək, mən bilirəm, nə qədər çətindir. Çətindir ona görə ki, bu qurumun adının əvvəlində DÜNYA sözü var. Dünyanın coğrafiyası isə çox böyükdür. Bu qurumun adında TÜRK sözü ilk baxışda "Türksoylu dövlətlərdə yaşayan gənc yazarlar” təsirini bağışlasa da, əslində belə deyil; mən ilk tanışlıqda belə düşünürdüm; amma DGTYB-nin tədbirlərində iştirak etdikcə, coğrafiyasının genişliyini də dərindən başa düşməyə başladım: Rusiya Federasiyasının ucqar-larına – uzaq Sibirə, Avropa, Asiya, Amerika qitələrinə səpələnən türk xalqları... Müxtəlif dövlətlər, müxtəlif xalqlar, eyni kökü olan, rəngarəng adət-ənənəyə, fərqli dinlərə mənsub olan gənc yazarlar... Əslində bu qurum üçün yaş senzi, gənc-yaşlı, qoca söhbəti də yoxdur. Dövlətlər arasındakı sınırlar kimi, yaş da bu ünsiyyət istiliyində buz kimi əriyib gedir (və getməlidir də)...

Günlərin bir günü Əkbər Qoşalı məni Atatürk Mərkəzinə tədbirə çağırdı. Dedi ki, bəs Qazaxıstandan qonaqlarım gəlib. Vədəsində gəldim. Adət etdiyim kimi, "dəyirmi masa” arxasında yox, qıraqdakı yumşaq kresloya yayxandım. Tədbir başladı. Gördüm ki, bunlar qonaq deyil. Əməlli başlı nümayəndə heyətidir. On-on beş nəfər gənc şair və şairə.

O saat beynimdə riyazi hesablamalar getdi: Qazaxıstandan obaş-bubaş uçuş pulu; mehmanxanada yerləşdirmək; nəqliyyat; səhər, günorta, axşam yeməyi; müxtəlif təşkilatlarda görüşlər; Dövlət Mahnı Teatrında Poeziya gecəsi; xatirə hədiyyələri, yola salmaq və s...


Elə bunları qiyabi kalkulyatora vururdum ki, yanımdakı divanın üstünə qalaqlanan gödəkçələr tərpənməyə başlandı. Sonra "inqə-inqə” sədaları ətrafı götürdü. Demə, qazax şairələrdən biri körpəsini də özüylə gətiribmiş. Səsi eşidib ana tez özünü çatdırdı və körpəsini sakitləşdirdi.

Bir məsul şəxs kimi Əkbər Qoşalının işi bu sadaladığım prosedurları yola verməklə başa çatmır. Birinci, qayğıları başlayır. Yox, ailə-məişət qayğıları deyil bunlar. O hamımızda var. Çay stolu arxasında bir də görürsən ki, fikirlidir. Heç soruşmursan ki, nə məsələdir. Özü dilə gəlir. Deyir ki, uzaq Xakasiyadan bir nəfəri dəvət etmək istəyirəm, amma təkcə biletinin pulu 2000 manatdır. Azad təbiətli bir insan olaraq gülürəm onun bu qayğılarına; amma fikirləşəndə ki, görülən işlər bir qurumun öz tədbirlər planının qrafasında "quş qoymaq” kimi məhdud dairədən çox qırağa çıxıb, kömək edə bilməsəm də, alqışlamaqdan başqa əlacım qalmır. Çünki DGTYB

həm də DİASPOR fəaliyyətinə öz qiymətli töhfəsini verir. Daha geniş anlamda götürsək – bu qurum sanki qərargahsız SƏFİR(LİK)DİR...

Onun fəaliyyətini analiz etdikcə yadıma Xalq şairi Nəbi Xəzrinin sovet və müstəqillik dövründə, uzun illər başçılıq etdiyi Azərbaycanın Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyəti düşür. Və mən əminəm ki, bu Birliyə lazımı maliyyə dəstəyi göstərilsə, asanlıqla, böyük sınaqlardan çıxmış o cür Cəmiyyətə çevrilə bilər.

Hələlik isə məhdud maliyyə və Əkbər Qoşalının illərlə şair, ictimai xadim, gözəl insan kimi qazandığı şəxsi hörmətinin, istiqanlılığının, ünsiyyət yaratmaq kimi gözəl keyfiyyətlərinin hesabına Dünya Gənc Türk Yazarlar Birliyi dünya çapında öz fəaliyyətini davam etdirir – Azərbaycanı dünyaya tanıtdırır, Azərbaycana türk dünyasını tanıtdırır. Artıq 20 ildir! 20 il az müddət deyil. El dilində desək, bir igidin ömrüdür. Qiymət verməyi, arzularımı bildirməyi, təbriklərimi çatdırmağı isə bu Birliyin işində seyrçi və müşahidəçi kimi iştirak edən biri kimi özümə borc bildim.

HÖRMƏTLƏ: MAHİR QABİLOĞLU

(Əkbər Qoşalının təbirincə desək – USTADOĞLU)




İmza:

YAZARIN ARXİVİ

2018-10-08 : "OĞRAŞ"
2018-10-05 : DGTYB - 20!
2018-05-24 : DİN və din
2014-09-24 : GÖZƏTÇİ
2014-09-05 : KİTAB OĞRUSU
2014-04-04 : Hacıleylək
2014-04-03 : Hacıleylək
2014-04-02 : Hacıleylək
2014-04-01 : HACILEYLƏK
2014-03-29 : HACILEYLƏK
2014-03-20 : Bico - Hekayə
SON XƏBƏRLƏR
2018-12-14


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Neftçi"?

"Qarabağ" (78.95%)
"Neftçi" (21.05%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Mamed:
- Qurtardı, arvadı boşayıram.
Qulam:
- Niyə?
- Təsəvvür edirsən, dünən səhər saat yeddiyə yaxın sakitcə yaxınlaşıram evimizin qapısına. Fikirləşirəm ki, ehmalca qapını açıb xəlvətcə sivişim otağa ki, heç kim bilməsin nə vaxt gəldiyimi. Elə bu zaman arvad da mənnən bir vaxtda qapıya yaxınlaşır, necədi səninçün?!
Soruşuram: "Hardan gəlirsən bu vaxt, aaaz?" Deyir ki, "ən yaxın rəfiqəm Tomagildən". Mən də dedim "qurtardı, boşanırıq!"
- Ay gədə, bəlkə elə doğrudan da Tomagildən gəlirmiş?
- Qələtdi dəə eləyir, Tomagildən mən gəlirdim...




digər lətifələr
ARXİV
FACEBOOK