adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
05 Oktyabr 2018 12:37
10029
DÜNYA
A- A+

İndoneziyada fəlakət: Ölü sayı 1558-ə çatdı

İndoneziyanın Sulavesi adasında baş verən dağıdıcı zəlzələ və yeraltı təkanların yaratdığı 6 metrlik sunami nəticəsində həyatını itirənlərin sayı 1558 nəfərə çatıb.

AzVision.az "France-Presse”ə istinadən xəbər verir ki, bu barədə İndoneziyanın təbii fəlakət fəsdlarının aradan qaldırılması idarəsi "Tvitter"də məlumat yayıb.

Qeyd olunub ki, zəlzələ nəticəsində 2500-dən çox insan yaralanıb, min nəfərə yaxını itkin düşüb. Onların dağıntılar altında qaldığı ehtimal edilir. 200 min insanın humanitar yardıma ehtiyacı var.

Xatırladaq ki, 28 sentyabrda Sulavesi adasının Palu şəhərində 7,5 bal gücündə zəlzələ baş verib və yeraltı təkanlar nəticəsində 6 metr hündürlüyündə sunami yaranıb. Fəlakət nəticəsində şəhərin böyük hissəsi demək olar ki, yuyulub və minlərlə insan dağıntılar altınla qalıb.

İndoneziya hökuməti epidemiyaların yayılmasının qarşısını almaq üçün Palu təpəsi yaxınlığındakı ərazidə 1300-dən çox qurbanı dəfn etmək məqsədilə kütləvi məzar hazırlanması barədə könüllülərə təlimat verib. Həmçinin, təbii fəlakət nəticələrinin aradan qaldırılması üçün büdcədən 5 milyon dollar ayrılıb.