Ücretsiz php script indir eskişehir escort Orkide Mavi orkide Adalet.az | XİN-in yeni mətbuat katibi: “2 övladım var” - MÜSAHİBƏ Adalet.az | XİN-in yeni mətbuat katibi: “2 övladım var” - MÜSAHİBƏ Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / MÜSAHİBƏ

XİN-in yeni mətbuat katibi: “2 övladım var” - MÜSAHİBƏ

16639    |   2018-10-05 12:19
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Xəbər verdiyimiz kimi, dünən Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbərinin vəzifələrini icra edən şəxs təyin edilib.

Jurnalistlərin suallarına bundan sonraLeyla Yaşar qızı Abdullayeva XİN-in yeni mətbuat katibi olaraq cavab verəcək.

2002-ci ildən Xarici İşlər Naziriyində çalışan L.Abdullayeva XİN-in mərkəzi aparatında müxtəlif idarələrdə, Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyində və ölkəmizin Belçika Krallığındakı Səfirliyi və Avropa İttifaqı yanında Nümayəndəliyində diplomatik vəzifələr daşıyıb.

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin yeni rəhbəri Leyla Abdullayeva Modern.az-a müshaibə verib. 

Adalet.az müsahibəni təqdim edir:

- Leyla xanım, Sizi bu vəzifəyə təyin olunmağınız münasibətilə təbrik edirik. Mümkünsə, özünüz haqqında məlumat verərdiniz.

- 1981-ci ildə Bakıda anadan olmuşam. Orta təhsilimi Bakıda almışam və Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq və beynəlxalq münsibətlər fakültəsində beynəlxalq münasibətlər ixtisası üzrə bakalavr və magist pillələrində təhsil almışam. 2002-ci ildən etibarən Xarici İşlər Nazirliyində çalışıram. Nazirlikdə çalışdığım müddətdə regional təhlükəsizlik, ölkəmizin regional təşkilatlarda iştirakı, xüsusilə də bu təşkilatlarla siyasi və təhlükəsizlik sahəsində əməkdaşlıq münasibətlərinə məsul olmuşam.

Azərbaycan Respublikasının NATO yanındakı nümayəndəliyində və Azərbaycan Respublikasının Belçika Krallığındakı səfirliyi və Avropa İttifaqı yanında nümayəndəliyində diplomatik fəaliyyət göstərmişəm. XİN-də bundan öncə Azərbaycanın Beynəlxalq İnkişafa Yardım Agentliyində direktor müavini vəzifəsində çalışmışam. Ailəliyəm, iki övladım var.

- XİN-də və xaricdəki diplomatik nümayəndəliklərimizdəki fəaliyyətiniz barədə nə deyə bilərsiniz?

- Mövcud mürəkkəb geostrateji mühitdə dövlət başçısının rəhbərliyi altında ölkəmizin həyata keçirdiyi, milli maraqlarımıza əsaslanan çoxşaxəli xarici siyasət məqsədlərinə nail olunması hər bir diplomatımızın borcudur və bir diplomat olaraq, Xarici İşlər Nazirliyində, eləcə də ölkəmizin xaricdəki diplomatik nümayəndəliklərində çalışdığım zaman bu vəzifənin layiqincə yerinə yetirilməsinə çalışmışam.





İmza:

“Mən o insanlar üçün darıxıram” - Akif Aşırlıyla yubiley söhbəti

“Heç bir halda təhqir və söyüş siyasi mübarizə metoduna çevrilməməlidir” - MÜSAHİBƏ

Azərbaycanlılar kitab oxumağı sevirlər... - Elman dayının müsahibəsi

İlham Əliyev Mirşahinə müsahibə verdi - VİDEO - YENİLƏNİB

Əli Həsənov: "Azərbaycan bölgədə ən fəal gənclər siyasəti yürüdən ölkədir"

İlham Əliyev: “Etimad itirilir, gözləntilər pozulur və biznesi aparmaq çətinləşir” - MÜSAHİBƏ

Dünyada bizdəki qədər şeir yazan yoxdur... - MÜSAHİBƏ

“Bakıda mitinq keçirməyə icazə verilməməsi üçün vəsatət qaldıracağam” - Paytaxtın polis rəisi

“Dünyaya çıxmaq üçün əlləşən adam deyiləm...” - Yazıçı Aqil Abbasla müsahibə

"Qorxuruq, iş gedib çıxa ATƏT-ə" - YUĞ-da direktor-rejissor çəkişməsi

Tanınmış karikaturist: Dindarlardan hədə-qorxu mesajları alırıq... - MÜSAHİBƏ

Vidadi Həsənov YUĞ-dan çıxarılan aktyor barədə : "Bunlar hamısı boş şeylərdir"

SON XƏBƏRLƏR
2019-02-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Kim istedadlıdır?

Ayxan Ayvaz (75.76%)
Oğuz Ayvaz (24.24%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Əlisəmid Kür ocaqda qızarmış dəmir parçasını maşa ilə götürür, Hidayət Elvüsal:
- Ə, ehtiyatlı ol, əlini yandırarsan.
Əlisəmid:
- Heç nə olmaz. İstəyirsən on manat ver onu dilimlə yalayım.
Hidayət müəllim maraqla çıxardıb on manatı Əlisəmidə uzadır. Əlisəmid on manatı yalayıb qoyur cibinə.




digər lətifələr
ARXİV
FACEBOOK