adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7

Faiq QİSMƏTOĞLU: İYNƏNİN UCU BOYDA

FAİQ QİSMƏTOĞLU
42371 | 2018-10-05 12:10

…Tay nə istəyirdiniz…Elə belə də olmalıydı… Böyük qardaşınızınqədrini bilmədiniz, onu çərlədib, ürəyini partladıb öldürdünüz… Allah-Təala da baxıbgördü ki, sizə dədəlik eləyəni ayaq altına alırsınız, üstünə yeriyirsiniz, saymırsınız,şər-böhtan deyirsiniz və Ulu Yaradan da götürüb onu apardı öz dərgahına. İndi saçyolmaqla, qəbir üstünə gedib ağlamaqla və yaş tökməklə o qardaş geri dönən deyil.Sizin hər birinizə arxa durmuşdu… sizin hər birinizə atalıq eləmişdi… sizin hərbirinizə «qorxma» demişdi… Siz neylədiniz? Siz onu elədiniz ki, böyük qardaşınızsağ vaxtı hər cür şər-böhtan dediniz. Nə Allahdan qorxdunuz, nə də qardaşınızınsizə verdiyi çörəkdən…

Elə gözünü yumub harda gəldi (dostun-düşmənin yanında)özünün və ailəsinin qeybətini elədiniz. Yəqin indi sizi onun yoxluğu çox yandırır.Ona mən də inanıram. Amma ona məəttəl qalıramki, siz sağlığında o boyda qardaşınıza, sizə arxa durana niyə üz çevirdiniz?! Heç ad günündə, müqəddəs bayramlarda belə bir dəfə olsun zəng vurmadınız, qapısınıdöymədiniz! Siz döymədikcə, siz harınlaşdıqca onun dünya boyda ürəyi dərd içindəzaman-zaman əriyirdi. Əridi, əridi və günlərin bir günündə də o qardaşın ürəyi sizin zərbələrinizə dözə bilmədi. Çünki düşmənin eləmədiyinisiz ona elədiniz. İndi balaları gözüyaşlı qalıb. Həyat yoldaşı hər gecə onun ruhuyladanışır. Və siz də rahat, öz evinizdə, eşiyinizdə kef eləyirsiniz. Hələ ki, kefeləyin, görək Allah-Təala axırını nə ilə bitirəcək. Çünki bütün günahları bağışlayanda bizi Yaradandı. Günahlar böyük olanda onun cəzası çox ağırdı. Kimliyindən asılıolmayaraq, böyük günahları varsa, Allahın hüzurunda boynu qıldan nazikdi. Yəni onubağışlayan da, cəza verən də Allah-Təala özüdü.

… İynənin ucu boyda yaxşılıq eləsən, inanın, o nə vaxtsasizin qabağınıza çıxacaq. Sizin qabağınıza çıxmasa da, balalarınızın, nəvələrinizinqarşısına mütləq çıxacaq. Buna günün çıxması kimi əmin olmaq lazımdı. İyənin ucuboyda kiməsə yaxşılıq eləməyən ancaq başqasından dünya boyda yaxşılıq umur. Və o dünya boyda da yaxşılıq onaolunur, ancaq nə etmək olar ki, bu nadan və cahil insanlar o yaxşılığı ömrünün sonunaqədər anlamırlar.

Mənim bir tanış dostum var. Bir neçə dəfə Məkkəyə ziyarətə gedib. Elə bilir ki, bununlada bütün günahlarını yuyub. Düzdür, o namaz qılır, oruc tutur, hətta bəzən ürəyiyumuşalıb doğmalarına əl də atır. Ancaq sadəcə olaraq onun əməli saleh deyil. Həccəgedib qayıdan adam heç vaxt qeybət eləməz. Bu Hacının da işi-gücü arvad kimi qeybəteləməkdi. Çox vaxt da görür ki, belə şeylərəpis baxıram, məndən uzaq düşür. Bilir ki, yanımda kimdən danışsa, o dəqiqəağzından vuracam, ya da çıxıb gedəcəm. Ona görə də özü kimi adamlar axtarıb tapır.Bizim nəsildə də o qədər qeybətə meylli adamlar var ki… O Hacını görəndə çiçəkləriçırtlayır və başlayırlar bir süfrə arxasında əyləşib qohum-əqrəbada kimlər varsa,hamını müzakirə eləməyə. Danışırlar, danışırlar, axırda da yorulub əldən düşürlər.Ancaq qeybət eləməkdən yorulmurlar ki, yorulmurlar.

Adam var deyir ki, mən hər gün namaz qılıram və ibadəteləyirəm. Belə adamlara heç bir sözümüz yoxdur. Hələ ibadət eləmək, namaz qılmaqheç də Allaha yaxın olmaq deyil. Allaha yaxın olmağın bir çox yolları var. Bu barədə«Qurani-Kərim»in «Əl-Bəqərə» (inək) surəsinin177-ci ayəsində buyurulur: «Yaxşı əməl heçdə (ibadət vaxtı) üzünüzü günçıxana və günbatantərəfə çevirməkdən ibarət deyildir. Yaxşı əməl sahibi əslində Allaha, axirət gününə,mələklərə, kitaba (Allahın nazil etdiyi bütün ilahi kitablara) və peyğəmbərə inanan,(Allaha) məhəbbət yolunda (və ya mal-dövləti çox sevməsinə baxmayaraq) malını (kasıb)qohum-əqrəbaya, yetimlərə, yoxsullara (pulu qurtarıb yolda qalan), müsafirə (yolçulara),dilənçilərə və qulların azad olunmasına sərf edən, namaz qılıb zəkat verən kimsələr,eləcə də əhd edəndə əhdinə sadiq olanlar, dar ayaqda, çətinlikdə (ehtiyac, yaxudxəstəlik üz verdikdə) və cihad zamanı (məşəqqətlərə) səbr edənlərdir. (İmanlarında,sözlərində və əməllərində) doğru olanlardır. Müttərəqi olanlar da onlardır!»

Görürsünüzmü, heç də namaz qılmaq və ibadət etmək hələhər şey demək deyil. Hər şey demək odur ki, qəlbin və əməlin təmiz olsun. Yoxsahər gün hansısa təmiz, vicdanlı, ədalətli adam haqqında harda gəldi şər, böhtandeməməlisən. Əgər bu təmiz, vicdanlı adam el-oba, əksər insanlar tərəfindən sevilirsə,sən heç vaxt ona qara yaxmaqla elin gözündən sala bilməzsən. Çünki el-oba bilirki, o hansı ürəyin, hansı qəlbin, hansı yolun davamçısıdı.

Allahın yoluyla gedən, haqq-ədaləti sevən, vicadanınınvə ürəyinin döyüntülərini eşidən isnanlara əməli-saleh adamlar deyirlər. Və bu əməli-salehadamlar həmişə insanlara əl tutub, yaxşılıq eləyib bir kəlmə olsun bu xeyirxahlığıbarəsində heç kimə danışmayıb. Ancaq Ulu Yaradan bilib ki, onlar hansı əməlin vəürəyin sahibidilər. Və elə bu insanlar da ən çox Allah-Təala tərəfindən qorunurvə sevinirlər, Allahın qoruduğu əməli-saleh insanı bir milyon adam yığışsa, gözdənsala, yıxa bilməzlər. Allahın da yıxdığı bir bəndəni yenə bir milyon adam yığışsaqaldıra bilməz. Ona görə də gedin öz işinizləməşğul olun! Təmiz və vicdanlı adamlara şər-böhtan deməyin və Allahdan qorxun!!!


TƏQVİM / ARXİV