bahis siteleri deneme bonusu canlı bahis bahis siteleri bahis siteleri canlı bahis kacak bahis https://www.warezm.com kaçak bahis mobil ödeme bahis Adalet.az | Azərbaycanda 1,3 milyon insan əmək pensiyası alır Adalet.az | Azərbaycanda 1,3 milyon insan əmək pensiyası alır Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / MƏMLƏKƏT

Azərbaycanda 1,3 milyon insan əmək pensiyası alır

5173    |   2018-10-06 10:37
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Parisdə Bakı şəhərinin "Ekspo 2025” Ümumdünya Sərgisinə namizədliyinə dair simpoziumda iştirak edən əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Fransanın Milli Yaşa görə Pensiya Sığortası Kassasının (CNAV) direktoru Reno Viyar ilə görüşüb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Adalet.az-a verilən məlumata görə, S.Babayev ölkəmizdə sosial sahədə əldə olunan nailiyyətlərdən, əhalinin sosial müdafiəsi və təminatı sahəsində həyata keçirilən islahatlardan söz açıb. Qeyd edib ki, bu gün nazirlik tərəfindən ümumilikdə 4,8 milyon insana əmək, məşğulluq, sosial təminat, sosial sığorta üzrə 120-dən çox xidmət göstərilir. Ölkəmizdə 1,3 milyon insan əmək pensiyası alır. Bundan əlavə, 480 mindən çox insan aylıq sosial müavinətlə, 50 min ailə sosial yardımla, 63,4 min insan Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdü ilə, 15 minədək insan səyyar və stasionar sosial xidmətlərlə təmin olunur. 620 mindən çox əliliyi olan şəxsə dəstək göstərilir. Ölkənin ümumi inkişafı bu sosial təminat növlərinin artımı ilə müşahidə olunur. Nazir pensiya və müavinətlər sahələrində avtomatlaşdırılmış, tam şəffaf, müasir idarəçilik və xidmət mexanizmlərinin qurulması, xidmətlərin vahid pəncərə prinsipi əsasında təşkil olunması yönündə aparılan islahatlar barədə də məlumat verib.

S.Babayev bildirib ki, Fransa ilə ölkəmiz arasında sosial müdafiə sahəsində iki Tvinninq layihəsi həyata keçirilib. "Azərbaycan Respublikasında pensiya təminatı sisteminin islahatının həyata keçirilməsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə dəstək" Tvinninq layihəsi isə Fransanın aidiyyəti qurumları ilə birgə hazırda icra olunur. Nazir pensiya və digər müavinətlərin təminatı sisteminin idarə olunmasının təkmilləşdirilməsi, göstərilən xidmətlərin vahid pəncərə prinsipi əsasında təşkil olunması sahələrində Azərbaycan ilə Fransa arasında əməkdaşlığın inkişaf etdirilməsinin zəruriliyini diqqətə çatdırıb.

CNAV direktoru cənab Reno Viyar ölkəsində pensiya sisteminin köhnə və çox mürəkkəb olduğunu bildirib. "Köhnə və çox mürəkkəb pensiya sistemimiz olmasına baxmayaraq hələ də işləyir. Ancaq biz pensiya sistemimizi yeniləməliyik. Azərbaycan gənc ölkədir, yeni sistem qurmusunuz. Sizin pensiya sistemi, xüsusilə də informasiya texnologiyalarından istifadə sahəsində təcrübənizi öyrənməkdə maraqlıyıq” - deyə R. Viyar diqqətə çatdırıb. O, ölkəsindəki sosial təminat sisteminin hazırki vəziyyətindən danışıb. Azərbaycanda pensiya təyinatının avtomatlaşdırılması istiqamətində həyata keçirilən işlərin əhəmiyyətini, iki ölkə arasında əməkdaşlığın yeni istiqamətlər üzrə genişləndirilməsində maraqlı olduqlarını bildirib. Bu istiqamətdə mövcud imkanların reallaşdırılması üçün müvafiq işlərin aparılacağına əminliyini bildirib.




İmza:

Azay Quliyev QHT layihələrinin maliyyələşdirlməmə səbəblərini elan etdi

Səfər Mehdiyev Gəncə şəhərində, Göygöl, Daşkəsən rayonlarında vətəndaşları qəbul edib

"İrəli" gəncləri Azərbaycan mədəniyyətini beynəlxalq layihədə təmsil edib

Kosmik hava durumu açıqlandı

Diaqnostik qiymətləndirmədən keçməyən müəllimlərin də maaşı artacaq - RƏSMİ

Bu gün 40 dərəcə isti gözlənilir

Biləsuvarda sahibkarlarla görüş keçirilib

Vilayət Eyvazov Daxili İşlər naziri kimi vətəndaşları qəbul edib

Dövlət Komitəsinin sədri Kürdəxanıda məcburi köçkünlərlə görüşüb

Ceyhun Rzayev: Mən yaxşı adam olsaydım, sən bu vəziyyətdə olmazdın

Bazar günü hava 39 dərəcə isti olacaq

Komitə sədri: Səhiyyə işçilərinin də əməkhaqqı artırılacaq

SON XƏBƏRLƏR
2019-06-24


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirəcəksiniz?

Evdə (37.5%)
İşdə (62.5%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki kişi restoranda oturublar. Yanlarında ofisiant keçir. Biri ona qışqırır:

- İki pivə xahiş edirəm!

İkincisi əlavə edir:

- Təmiz bakalda olsun xahiş edirəm!

Bir neçə dəqiqədən sonra ofisiant əlində iki bakal pivə gəlir və soruşur:

- Təmiz bakalda kim istəmişdi?





digər lətifələr
ARXİV
FACEBOOK