Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hack forumu hacklink satışı Adalet.az | Leyla Əliyeva Heyvanların Beynəlxalq Müdafiəsi Gününə həsr olunan tədbirdə - FOTO Adalet.az | Leyla Əliyeva Heyvanların Beynəlxalq Müdafiəsi Gününə həsr olunan tədbirdə - FOTO Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / MƏMLƏKƏT

Leyla Əliyeva Heyvanların Beynəlxalq Müdafiəsi Gününə həsr olunan tədbirdə - FOTO

4757    |   2018-10-05 10:26
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Heydər Əliyev Fondunun və Bakı Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə yaradılmış "Toplan” Sahibsiz itlərə Qayğı Mərkəzi oktyabrın 4-də Heyvanların Beynəlxalq Müdafiəsi Gününə həsr olunan tədbir keçirib.Modern.azxəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva tədbirdə iştirak edib.

Paytaxtın Xətai rayonundakı idman-əyləncə park kompleksində "Azərcell” Telekom şirkətinin tərəfdaşlığı ilə keçirilən tədbirdə heyvan hüquqlarının müdafiəçiləri, uşaq evləri və internat məktəblərində tərbiyə alan, eləcə də xüsusi qayğıya ehtiyacı olan uşaqlar, müxtəlif məktəblərdən şagirdlər və tələbələr iştirak ediblər.

İştirakçılar Heydər Əliyev Fondu və Bakı Şəhər İcra Hakimiyyətinin sahibsiz itlərlə işin təkmilləşdirilməsi üzrə birgə layihəsi çərçivəsində görülən tədbirlərlə tanış olublar.

Park ərazisində müxtəlif əyləncə və maarifləndirici zonalar yaradılıb. Ziyarətçilər xidməti itlərin və dekorativ itlərin şousunu izləyib, kiçik zooparkda heyvanlarla yaxından tanış ola biliblər. Eləcə də Azərbaycan Dövlət Gənc Tamaşaçılar və Kukla teatrlarının çıxışları, sirk tamaşası, uşaqlar üçün maarifləndirici və əyləncəli proqramlar, estafetlər, yarışlar və digər əyləncələr təqdim edilib.

Qeyd edək ki, Heydər Əliyev Fondu və Bakı Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə həyata keçirilən sahibsiz itlərlə işin təkmilləşdirilməsi üzrə layihə çərçivəsində bir sıra tədbirlərin reallaşdırılmasına başlanılıb. Hazırda Balaxanıda yerləşən Sanitariya İdarəsində yenidənqurma işləri aparılır. Balaxanı qəsəbəsində inşa olunacaq "Toplan” Sahibsiz itlərə Qayğı Mərkəzi müayinələrin aparılması, sterilizasiya, müalicə və heyvanlara mikroçipin yerləşdirilməsi üçün müasir tibbi avadanlıq və preparatlarla təchiz olunacaq. Burada fəaliyyət göstərəcək kadrlara xarici mütəxəssislərin iştirakı ilə təlimlər keçiriləcək. Layihə sakinlərin təhlükəsizliyinin təmin edilməsi, sahibsiz heyvanlara qayğı göstərilməsi, həmçinin cəmiyyətin onlara qarşı münasibətinin dəyişdirilməsi məqsədi daşıyır.

Layihə müddətində bir sıra maarifləndirmə işləri də aparılacaq. Maarifləndirmə işləri çərçivəsində heyvanlarla bağlı müxtəlif sosial tədbirlərin, sərgilərin təşkili, animasiya filmlərinin çəkilməsi, sosial videoçarxların, bilbordların, elektron təqdimatların hazırlanması nəzərdə tutulur.

Heyvanların Beynəlxalq Müdafiəsi Günündə idman-əyləncə park kompleksində təşkil olunan əyləncə proqramından sonra uşaqlar Leyla Əliyeva ilə birlikdə Heydər Əliyev Mərkəzindəki "Live Life” ("Canlı həyat”) sərgisini də izləyiblər.

Sərgi Heydər Əliyev Fondunun vitse-prezidenti və IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə təşkil olunub.

Ekspozisiya ətraf mühit problemlərinə, təbiətin qorunmasına diqqət çəkmək və incəsənətin bu sahədə rolu barədə ictimaiyyəti maarifləndirmək məqsədi daşıyır.





İmza:
SON XƏBƏRLƏR
2018-12-16
2018-12-15
2018-12-14


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Neftçi"?

"Qarabağ" (79.38%)
"Neftçi" (20.62%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Mollaya xəbər verirlər ki, qayınanasını su aparıb. Molla gəlib girir çaya, başlayır su yuxarı axtara-axtara getməyə. Görənlər soruşurlar ki:
- Ay Molla, bu necə axtarmaqdı? Cənazə su axan tərəfə gedər, ya yuxarı dırmaşar?
Molla deyir:
- Siz onu tanımırsınız. O, elə bir tərs adam idi ki, hökmən yuxarı gedib. Sizin işiniz olmasın, mən bu saat onu tapacağam.




digər lətifələr
ARXİV
FACEBOOK