Viza ilə bağlı dəyişiklik - Siyahıya XİN rəhbəri də əlavə edildi
Azərbaycana əcnəbilər və vətəndaşlığı olmayan şəxslər xarici işlər nazirinin dəvəti ilə gələndə də vizanı Azərbaycan ərazisində ala biləcəklər.
Bununla bağlı Prezident İlham Əliyev "Azərbaycan Respublikasına gələn əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə vizaların rəsmiləşdirilməsi ilə bağlı bəzi məsələlər haqqında” fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.
Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər indiyədək Azərbaycana yalnız Prezidentin, Baş nazirin, Milli Məclis sədrinin, Prezident Administrasiyası rəhbərinin, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin, Prezidentin İşlər İdarəsi müdirinin, Prezidentin Xüsusi Tibb Xidməti rəisinin rəsmi dəvəti ilə gəldikdə vizanı ölkə ərazisində ala bilirdilər. Dəyişikliklə siyahıya xarici işlər naziri də əlavə edilib.
Digər Xəbərlər
23 Aprel 2024 16:18
Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı: İlk sərhəd dirəyi quraşdırıldı - YENİLƏNİB
23 Aprel 2024 14:57İstanbul valisindən saxta erməni soyqırımı tədbirlərinə YASAQ
23 Aprel 2024 13:38Boşanmaq istəyənlər 15 dollar ödəyəcək
23 Aprel 2024 13:29Ermənistan ordusu Qazaxın kəndlərindən geri çəkildi
23 Aprel 2024 13:27