adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
05 Oktyabr 2018 09:44
4643
MƏMLƏKƏT
A- A+

Naxçıvanda müəllimlər təltif edilib

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin 2018-ci il 4 oktyabr tarixli sərəncamları ilə Azərbaycan təhsilinin inkişafında xidmətlərinə görə bir qrup şəxs təltif edilib.

Adalet.az xəbər verir ki, təltif olunanlar arasında Naxçıvan Muxtar Respublikasının təhsil işçiləri də vardır.

Əliyev Kəmaləddin Qurban oğlu, Hüseynov Eldəniz Zahid oğlu, Qasımov Dadaş Həsən oğlu, Zeynalova Fatma Nurəddin qızı "Tərəqqi” medalı ilə, Abdullayeva Səkinə Əli qızı, Bağırov Hüseynəli Məmmədəli oğlu, Mehdiyeva Xuraman Məhiyəddin qızı, Mədədova İltifat İbad qızı və Rəhimov Salman Məmməd oğlu "Əməkdar müəllim” fəxri adları ilə təltif ediliblər.