Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hack forumu hacklink satışı Adalet.az | "Böyümək üçün böyük hesablı məğlubiyyətlər lazım olur" - Qurban Qurbanov Adalet.az | "Böyümək üçün böyük hesablı məğlubiyyətlər lazım olur" - Qurban Qurbanov Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / İDMAN

"Böyümək üçün böyük hesablı məğlubiyyətlər lazım olur" - Qurban Qurbanov

8816    |   2018-10-05 09:08
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

"Məğlub olduq. Dünəndən bu oyun haqda çox danışırdıq. Fikrimiz rəqibdən çəkinməyərək, öz oyunumuzu oynamaq idi. Bunu bacardıq. Rəqibin ustalıq səviyyəsi öz sözünü dedi. Futbolçulara və azarkeşlərə təşəkkür edirəm. Onlar möhtəşəm idilər. Böyümək üçün bu cür böyük hesablı məğlubiyyətlər lazım olur. Qalib gəlmək üçün isə qol epizodları yaratmalısan. Yaratdığımız qol epizodlarından yararlana bilmədik”.

Bu sözləri "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsinin II turunda "Arsenal"a Bakıda 0:3 hesabı ilə uduzduqları oyundan sonra keçirilən mətbuat konfransında deyib.

46 yaşlı mütəxəssis bildirib ki, oyun ərzində pressinq tətbiq etmələri düşünülmüş addım olub:

"Pressinq tətbiq etməyimiz düşünülmüş addım idi. Emerinin son dəfə nə zaman 3 mərkəz müdafiəçi ilə oynadığını xatırlamıram. Heyəti görəndən sonra bəzi dəyişikliklər etdik. Amma bu, bizim üçün tanış sistemdir. Azarkeşlərə yaxşı futbol göstərmək istəyirdik. Bunu bacardığımız üçün sevinirəm". (Qol.az)



İmza:
SON XƏBƏRLƏR
2018-12-16
2018-12-15
2018-12-14


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Neftçi"?

"Qarabağ" (79.38%)
"Neftçi" (20.62%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Mollaya xəbər verirlər ki, qayınanasını su aparıb. Molla gəlib girir çaya, başlayır su yuxarı axtara-axtara getməyə. Görənlər soruşurlar ki:
- Ay Molla, bu necə axtarmaqdı? Cənazə su axan tərəfə gedər, ya yuxarı dırmaşar?
Molla deyir:
- Siz onu tanımırsınız. O, elə bir tərs adam idi ki, hökmən yuxarı gedib. Sizin işiniz olmasın, mən bu saat onu tapacağam.




digər lətifələr
ARXİV
FACEBOOK