adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
05 Oktyabr 2018 09:19
5846
MƏMLƏKƏT
A- A+

BNA-dan yağışlı hava şəraiti ilə əlaqədar XƏBƏRDARLIQ

Bakı Nəqliyyat Agentliyi (BNA) yağışlı hava şəraiti ilə əlaqədar xəbərdarlıq edib.

BNA-dan Adalet.az-a verilən məlumata görə, yağışlı hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti-Hava limanı və Zığ yolu-Hava limanı avtomagistrallarında bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. Məqsəd bu cür hava şəraitində hərəkətin təhlükəsizliyini təmin etməkdir.

Sürücülərə hərəkətdə olan zaman sürət həddinə əməl etmələri və metereoloji amilləri nəzərə almaları tövsiyə edilir.