adalet.az header logo
  • Bakı 16°C
04 Oktyabr 2018 19:10
13317
ELM VƏ TƏHSİL
A- A+

Azərbaycan Respublikasının Təhsil naziri Ceyhun Bayramov cənablarına

Hörmətli Ceyhun müəllim!

Məlum olduğu kimi, bu gün, yəni oktyabr ayının 5-i Beynəlxalq Müəllimlər günüdür. Bu münasibətlə Sizi və Sizin rəhbərliyiniz altında çalışan bütün təhsil işçilərini ürəkdən təbrik edir və hər kəsə can sağlığı, işlərində uğurlar arzu edirik.

Bu bir həqiqətdir ki, hər birimizin həyatında müəllimin yeri, izi, xatirəsi var. Və onların əksəriyyəti də bizimlə birlikdə yaşayır və xatırlanır. Ona görə də, bizlərin, övladlarmızın, nəvə-nəticələrimizin təlim-tərbiyəsində haqqı və xidməti olan müəllimlərimizi daim xatırlayır və onların ruhu qarşısında ehtiramla baş əyirik. Bu gün isə çalışan, Azərbaycanın gələcəyi olan övladlarımızın həyatını işıq kimi nurlu edən müəllimlərimizə "Bayramınız mübarək" deyib, hər birinə can sağlığı, uzun ömür, zəhmətlərinin barlı olmasını arzu edirik!

Bayramınız mübarək, əziz müəllimlər!

Millət vəkili Aqil Abbas və "Ədalət" qəzetinin kollektivi