adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
04 Oktyabr 2018 18:24
4216
MƏMLƏKƏT
A- A+

Bakının bu küçə və prospektlərində hərəkət iflic olub - SİYAHI

Hazırda paytaxtın bir sıra küçə və prospektlərində tıxac var.

Trend-in məlumatına görə, bu dəqiqələrdə paytaxt yollarında, o cümlədən Azadlıq prospektinin 28 May küçəsi ilə kəsişməsi istiqamətində, Dilarə Əliyeva küçəsi – "Nizami" metro stansiyası istiqamətində, Rəşid Behbudov küçəsi – Bakıxanov istiqamətində, Vaqif küçəsi – Zorge parkı istiqamətində, Bəxtiyar Vahabzadə küçəsi – Mətbuat prospekti istiqamətində, Füzuli küçəsi – Qış parkı istiqamətində və Şah İsmayıl Xətai küçəsi – Heydər Əliyev Mərkəzi isitqamətində sıxlıq müşahidə edilir.

Yollardakı sıxlıq və tıxac səbəbindən avtobusların təyin olunmuş interval üzrə hərəkətində də ləngimələr qeydə alınır.

Hazırda yol polisi əməkdaşları bəzi küçə və prospektlərdə nəqliyyatın hərəkətini tənzimləməklə məşğuldur.