adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
04 Oktyabr 2018 18:10
3115
HADİSƏ
A- A+

Bakıda yenə avtobus qəzası - 3 nəfər xəstəxanaya müraciət edib

Bakının Sabunçu rayonu ərazisində iki sərnişin avtobusunun toqquşması nəticəsində 3 nəfər 3 saylı şəhər Klinik Xəstəxanasına müraciət edib.

Bu barədə  xəstəxanadan məlumat verilib.

Məlumatda bildirilir ki, hadisə ilə bağlı müraciət edənlərdən 2 nəfər müayinə edildikdən sonra evə buraxılıb. Hazırda digər xəsarət alan - 1992-ci il təvəllüdlü Allahverdiyeva Samirə Məhəmməd qızı xəstəxanaya qəbul edilib.

Faktla bağlı araşdırma aparılır.

Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev də Trend-ə açıqlamasında faktı təsdiqləyib. Bildirib ki, təmsil etdiyi qurum hadisə barədə araşdırmalara başlayıb.

Xatırladaq ki, bu gün axşam saatlarında Bakının Sabunçu rayonu ərazisində 167 və 217 saylı xətt marşrutu üzrə hərəkət edən iki avtobus toqquşub.(trend)