ANA SƏHİFƏ / AVTOMOBİL

Yol polisi Bakıda yük maşınlarına qadağa qoydu

2564    |   2018-10-04 17:47
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bakıda çəkisi 5 tondan çox olan yük avtomobillərinin gündüz vaxtı hərəkətinə məhdudiyyət qoyulub. Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polkovnik-leytenant Rüfət Quliyev bildirib ki, bu, Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının Bakı şəhərində nəqliyyatın hərəkətinin təkmilləşdirilməsi üzrə 2015-ci ilin 30 iyun tarixli qərarından sonra edilib.

Qərarda deyilir ki,paytaxtda sıxlığın azaldılması məqsədilə xüsusi təyinatlı, qəza-bərpa, xilasedici və kənd təsərrüfatı məhsullarını daşıyan hər növ nəqliyyat vasitələri istisna olmaqla, icazə verilən maksimum kütləsi 5 tondan artıq olan yük avtomobillərinin gündüz vaxtı Bakı şəhərində hərəkəti məhdudlaşdırılıb.

Belə ki, oktyabrın 1-dən mayın 1-dək yük avtomobili sürücüləri səhər 7:30-dan axşam 20:00-dək Bakıya daxil ola bilməyəcək.

Baş Dövlət Yol Polisi İdarəsi idarə, müəssisə və fiziki şəxslərə məxsus kütləsi 5 tondan artıq olan yük avtomobillərinin sürücülərinə tövsiyə edir ki, yollarda hər hansı problemlə üzləşməmək üçün qeyd olunan vaxt rejiminə əməl etsinlər.(modern.az)




İmza:
SON XƏBƏRLƏR
2018-10-22


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (70%)
Yox (30%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Vəli Xramçaylını hakim qarşısına çıxarırlar. Hakim:
- Sizi bu iki nəfərə qarşı soyğunçuluqda günahlandırırlar. Bu barədə nə deyə bilərsiniz?
Vəli:
- Vallah, axşam evə gedeyerdim, bu iki qardaş mənə yaxınlaşdı, dedilər ki, saatı və ayaqqabını çıxart. Mən də neyniyim, yazığım gəldi , birinin saatını, o birinin də ayaqqabısını çıxartdem. Polis də məni tutub sizin yanınıza gəteyrdi.




digər lətifələr
ARXİV
FACEBOOK