adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
04 Oktyabr 2018 15:19
8020
MƏMLƏKƏT
A- A+

“Şəki Kuboku”adlı layihə həyata keçirilib

Azərbaycan Respublikasının Prezidentinin yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi, Şəki şəhər Təhsil idarəsinin təşkilatı dəstəyiylə Yaradıcı Gənclər İctimai Birliyi tərəfindən "Şəki Kuboku”adlı layihə həyata keçirilib.

Layihənin açılış mərasimində giriş sözü ilə çıxış edən layihə rəhbəri Arzu Vəlibəyova iştirakçılara layihənin məqsədi haqqında məlumat vermişdir. O, qeyd etmişdir ki, Respublikamızda İnttelektual mövzuda yarışlar mütəmadi olaraq televiziya efirlərində keçirilir.Eyni zamanda bu mövzuda yarışlar məktəblilər arasındada təşkil edilməlidir.

Daha sonra çıxış edən exspert və layihəyə cəlb edilmiş könüllü gənclər sualları məktəblilərin diqqətinə çatdırmış və yarışlara start verilmişdir.exspert yarışmaların əhəmiyyətini qeyd edərək bildirmişdirki bu formatda yarışların keçirilməsi gənclərə inkişaf üçün böyük stimul verir.

O Daha sonra təlimin əhəmiyyətindən söz açaraq gəncləri bu sahədə təlimatlandırıb. Sonda layihədə iştirak edən gənclər üçün paylama materiallari (buklet-sertifikat-papaq köynək təqdim edilmişdir)