adalet.az header logo
  • Bakı 7°C
04 Oktyabr 2018 14:37
27404
HÜQUQ
A- A+

Evə girəndə gördük ki, oğru oturub araq içir - MƏHKƏMƏ

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluq, oğurluq və soyğunçuluqda təqsirləndirilən Aydın Muxtarovun cinayət işi üzrə məhkəmə istintaqı başlayıb.

Oxu.Az-ın xəbərinə görə, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Rahil İsmayılov ittiham aktını elan edib.

İttihama münasibət bildirən A.Muxtarov özünü qismən təqsirli bilib. O deyib ki, evə basqın edərkən əlində silah olmayıb.

Sonra zərərçəkmiş şəxs qismindəİlkin Əsgərovifadə verib. O deyib ki, bir gün qonşusu ona mənzilinin pəncərəsinin sınması barədə məlumat verib:

"Gəldim, gördüm ki, 800 manatdan çox pul və ləvazimatlar oğurlanıb. Oğru pəncərəni sındırıb içəri girmişdi. Bu günə kimi mənə dəyən ziyan ödənilməyib”.

Digər zərərçəkmiş Aysel Mustafayeva qeyd edib ki, təqsirləndirilən şəxs qohumudur:

"Qohumumdur, evində müzakirə ediblər ki, bizim evdə pul var. Çünki mənim atam zərgər olub. Hadisə günü evimizə gələndə gördük ki, oğru oturub evdə araq içir. Biz həyətə girəndəqaçdı. Evdən ümumilikdə 1500 manata yaxın pul və əşyalaraparıb”.

Sonra Tatyana Pisavora ifadə verib.

İclas oktyabrın 10-dək təxirə salınıb.

İttihama görə, ötən il dekabrın 26-da Naxçıvan küçəsində yaşayan 1951-ci il təvəllüdlü Tatyana Pisorova öz evində hücuma məruz qalıb. Qaz açarı ilə hədələnən qadının evindən 100 manat, 300 ABŞ dolları, 80 avro, mobil telefon və qızıl-zinət əşyaları oğurlanıb. Cinayətkar hadisə yerindən qaçıb.

Hadisəni törədən Aydın Muxtarov həbs edilib.