adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
04 Oktyabr 2018 14:11
11837
ƏDƏBİYYAT
A- A+

Əbülfət MƏDƏTOĞLU: ONDA VƏ İNDİ

...Onda mən hiss etmədən
Toxundum əllərinə...
Əlin uzaq getmədən -
Sarıldı əllərimə...

Bir nöqtədə birləşdi
Duyğuların axını...
Qovuşdurdu bu nöqtə -
Uzaqdakı yaxını!..

Nəfəsimi sıxdıqca
Söz içimdən püskürdü...
Dönüb mənə baxdıqca -
Dodaq qaçdı , üz güldü...

... İndi qəmli , sevincli
Qarışıq bir durumda...
Buraxma əllərimi -
Ömrün vurhavurunda!..