adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
04 Oktyabr 2018 14:08
3278
HADİSƏ
A- A+

Bakıda yanğın hadisəsi - 1 nəfər tüstüdən zəhərlənib

Bakıda yanğın hadisəsi baş verib.

FHN-dən Adalet.az-a verilən məlumata görə, Nəsimi rayonunda çoxmərtəbəli yaşayış binasının 11-ci mərtəbəsində ümumi sahəsi 150 kv.m olan 4 otaqlı mənzilin mətbəxində mebel və alçipandan ibarət tavan 10 kv.m sahədə yanıb, yüksək temperaturdan 1 ədəd məişət avadanlığı əriyib.

Yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.​