adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
04 Oktyabr 2018 12:32
9002
İDMAN
A- A+

Obameyanq da “Qarabağ”la oyunu buraxır

"Arsenal”ın hücumçusu Pyer-Emerik Obameyanq Avropa Liqasının qrup mərhələsində bu gün "Qarabağ”a qarşı keçiriləcək oyunda iştirak etməyəcək.

Qol.az-ın xəbərinə görə, bu haqda BBC məlumat yayıb. 29 yaşlı qabonlu futbolçunun xəstələnməsi səbəbindən matçı buraxacağı bildirilib.

Bundan başqa, öncədən məlumat verildiyi kimi, komandanın liderlərindən Aeron Remsi Bakıya gəlməyib. Onun hamilə xanımı doğuşa hazırlaşdığından Remsi baş məşqçidən İngiltərədə qalması üçün icazə alıb.

Xatırladaq ki, "Arsenal”ın digər futbolçuları - Henrix Mxitaryan Azərbaycanla Ermənistan arasındakı problem, Petr Çex, Eynsli Meytlend-Nayls, Loran Koselni və Konstantinos Mavropanos isə zədə səbəbindən "Qarabağ”la qarşılaşmanı buraxacaq.

Əlavə edək ki, AL qrup mərhələsinin ikinci turunun "Qarabağ” – "Arsenal” oyunu bu gün saat 20.55-də Bakı Olimpiya Stadionunda başlayacaq.