adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
04 Oktyabr 2018 12:25
6779
HADİSƏ
A- A+

Bir ailədən 4 nəfərin öldüyü qəza - ADLAR

Daxili İşlər Nazirliyi (DİN) bir ailənin 4 üzvünün öldüyü qəza ilə bağlı məlumat yayıb.

Nazirlikdən Adalet.az-a verilən məlumata görə, oktyabrın 3-də saat 21 radələrində Bərdə rayonunun Mehdili kəndi ərazisində Goranboy rayon sakinləri Azər Vəliyevin idarə etdiyi "VAZ-21011” və Raqib Nuriyevin idarə etdiyi "Hovo” markalı avtomobillər toqquşub. Nəticədə A.Vəliyev və sərnişinləri - arvadı Rəna Rəcəbəliyeva, oğlu Rəvan və qayınanası Zeynəb Rəcəbəliyeva hadisə yerində ölüblər.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.