adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
04 Oktyabr 2018 12:18
10347
ELM VƏ TƏHSİL
A- A+

BANM “İlin ən yaxşı təhsil müəssisəsi” seçilib

Azərbaycanın ən nüfuzlu təhsil portalı olan Azedu.az ölkədə ən yaxşı ali təhsil müəssisələrini tanımaq üçün sorğu keçirib. 16000 nəfərin iştirak etdiyi sorğuda 15 universitet iştirak edib.

Adalet.az xəbər verir ki, "Azərbaycanda ən yaxşı təhsil verən universitet hansıdır?” sorğusunda Bakı Ali Neft Məktəbi top beşlikdə yer tutaraq "İlin ən yaxşı təhsil müəssisəsi” seçilib.

Azedu.az təhsil xəbərləri portalının baş direktoru Elşad Eyvazlı "İlin ən yaxşı təhsil müəssisəsi” adlı təltifnaməni rektor Elmar Qasımova BANM-da təqdim edib.

BANM-ın rektoru Elmar Qasımovsorğuda ilk beşlikdə yer almalarının sevindirici hal olduğunu vurğulayaraq, portal kollektivi və təşkilatçılara öz təşəkkürünü bildirib.

Ali Məktəblə təhsil portalının əməkdaşlığının daha da genişləndirilməsini nəzərdə tutulub.