adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
04 Oktyabr 2018 11:52
11148
DÜNYA
A- A+

Hindistan Rusiyadan 1770 döyüş tankı alacaq

Hindistan ordusu köhnəlmiş T-72 döyüş tanklarını əvəzləmək üçün 1770 ədəd yeni döyüş maşını (FRCV) alacaq.

Adalet.az xəbər verir ki, bu barədə "The Economic Times” qəzeti məlumat yayıb. Qeyd olunub ki, T-72 tanklarının əvəzləyicisi kimi Rusiyanın istehsal etdiyi T-14 "Armata” tanklarının əldə edilməsi nəzərdə tutulur.

1770 ədəd "Armata”nın alınması üçün Rusiya ilə Hindistan aarsında imzalanacaq müqavilənin təqribi dəyərinin 4,5 milyard dollar olacağı gözlənilir.

Məlumatda vurğulanıb ki, hazırda Hindistanın rəsmi nümayəndələri Rusiyada 6 günlük səfərdədirlər. Onların Rusiya Silahlı Qüvvələrinin yüksək rütbəli rəhbərliyi ilə görüşərək "Armata”ların satışını müzakirə edəcəklərini bildirilir.

Qeyd edək ki, Hindistan hərbi-texniki sahədə Rusiya ilə sıx əməkdaşlıq edir. Hindistanın ordusunun silahlanmasının, xüsusən də, hərbi hava və dəniz qüvvələrinin ixtiyarında olan hərbi döyüş texnikasının 70%dən çoxu Rusiya istehsalıdır. Hər il Moskva Hindistana bir neçə milyard dollar dəyərində silah satır.