adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
04 Oktyabr 2018 11:57
14391
DÜNYA
A- A+

Türkiyənin 7 əsgəri şəhid olub - Yenilənib

Türkiyənin Batman vilayətinin Hasankeyf bölgəsində törədilən partlayış nəticəsində şəhid olan hərbçilərin sayı 7-yə çatıb.

Adalet.az xəbər verir ki, partlayış nəticəsində yaralanan 5 hərbçidən 3-ü yerləşdirildikləri xəstəxanada dünyasını dəyişib. Yaralanan 2 əsgərin vəziyyəti ilə bağlı məlumat verilmir.
***


Türkiyənin Batman vilayətinin Hasankeyf bölgəsində yol tikintisində təhlükəsizliyi təmin edən əsgərlər tələyə salınıb.

Adalet.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, yoldan hərbi avtomobillərin keçidi zamanı partlayıcı qurğunun işə düşməsi nəticəsində 4 əsgər şəhid olub, 5-i yaralanıb. Hazırda bölgədə antiterror əməliyyatları keçirilir.