adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
04 Oktyabr 2018 10:33
9226
İDMAN
A- A+

“Qarabağ” “Arsenal” oyunu - Stadiona 3 saat tez gəlin!

Xəbər verdiyimiz kimi, bu gün Avroliqanın qrup mərhələsinin II turunda təmsilçimiz "Qarabağ" İngiltərənin "Arsenal" klubu ilə qarşılaşacaq.

Adalet.az xəbər verir ki, oyunun keçiriləcəyi Bakı Olimpiya Stadionunun qapıları 17:55-də açılacaq. Azarkeşlərin tribunada yerlərini asanlıqla tapması və oyunun başlamasına yaxın yaranacaq anşlaqın qarşısını almaq üçün stadiona 3 saat öncədən gəlmələri məsləhət görülür.

Həmçinin qarşılaşma ilə əlaqədar Bakı Metropoliteni gücləndirilmiş iş rejimində çalışacaq. Belə ki, plana uyğun olaraq, "Koroğlu" stansiyası oyuna 2 saat qalmışdan futbol matçı başa çatması ilə əsas tamaşaçı kütləsinin axını tam tənzimlənənə qədər gücləndirilmiş rejimində işləyəcək. Zərurət yaranacağı təqdirdə xəttə ehtiyat qatar veriləcək. Sərnişinlərin metronun "Koroğlu" stansiyasının xidmətindən tam təhlükəsiz və rahat istifadə etməsi təmin olunacaq.

Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçiriləcək "Qarabağ” - ”Arsenal” oyunu saat 20:55-də başlayacaq.