adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
03 Oktyabr 2018 17:39
13224
MARAQLI
A- A+

İngiltərə kraliçasının gəlini 14 ildir eyni çəkməni geyinir

İngiltərə kraliçasının gəlini Ket Middlton 14 ildir eyni çəkməni geyinir.

Kembric hersoginyası olan Keyt üçüncü övladını dünyaya gətirdikdən sonra səfərlərə başlayıb və ilk getdiyi yer məktəb olub.

Hersoginya Londondakı "Sayers Croft Forest School and Wildlife Garaden" məktəbinə baş çəkib. Onun seçdiyi paltarlar sosial mətbuatın diqqətindən yayınmayıb. Məlum olub ki, Keytin seçdiyi çəkmələr düz on dörd ildir ki, istifadə etdiyi çəkmələrdir. "Penelope Chilvers" markalı çəkmələri Keyt ilk dəfə 2004-cü ildə geyinib. Təbiətə səfəri zamanı hersoginya əsasən bu çəkmələrdən istifadə edilir.

Sosial şəbəkədə bu məsələ ilə bağlı mübahisə düşüb. Keytin pərəstişkarları hersoginyanın bir çox paltarı dəfələrlə geyindiyini bildiriblər. Digərləri isə çəkmələrin 2004-cü ildə geyinilən çəkmələr olmadığını, sadəcə ona bənzədiyini bildiriblər. Bəziləri isə çəkmələrin ildə bir dəfə geyinildiyi üçün yaxşı qaldığını bildirib.

Ölkə.Az