adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
03 Oktyabr 2018 17:20
6471
MƏMLƏKƏT
A- A+

Qarabağ əlilinin evlə bağlı şikayətinə rəsmi cavab

Bəzi saytlarda Ucar rayonu, Qaracallı kənd sakini, ikinci qrup Qarabağ müharibəsi əlili Qasımov Şöhrət Mülkədar oğlunun ev növbəsinin yerinin dəyişdirilməsi ilə bağlı dəqiqləşdirilməmiş məlumatlar yayılıb.

Adalet.az xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidmətinin rəhbəri Fazil Talıbov məlumat yayıb.

Bildirilib ki, bir müddət öncə vətəndaşın şikayətinin araşdırılması məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyin əməkdaşları Ş.Qasımovun mənzil şəraiti ilə tanış olublar. Eyni zamanda vətəndaşa mənzil növbəliliyi ilə bağlı bütün zəruri məlumatlar verilib. Ona fərdi yaşayış evi növbəsinin çatacağı vaxta qədər ev şəraitinin yaxşılaşdırılması üçün köməklik göstərilməsi təklifi edilməsinə baxmayaraq, vətəndaş bundan imtina edib.

Qasımov Şöhrət Mülkədar oğlu fərdi yaşayış evi tikintisi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində növbəyə dayanan Qarabağ müharibəsi əlillərinin siyahısında 04.05.2011-ci il tarixindən qeydiyyatdadır. Amma onun iddiasına görə, fərdi evlə təmin edilmiş Rafiq və Ruslan ondan sonra ev növbəsinə dayanıblar. Əslində isə Tağıyev Rafiq Bahadur oğlu 01.06.2007-ci il tarixdən və Cəfərov Ruslan Beykəs oğlu isə 24.11.2008-ci il tarixdən fərdi ev növbəsinə dayanıb və növbəyə uyğun olaraq evlə təmin olunublar.

Şöhrət Qasımov da daxil olmaqla, ev növbəsində olan digər Qarabağ müharibəsi əlillərinin mənzillə təminatı məsələsi dövlətin diqqətindədir.(azvision.az)