adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
03 Oktyabr 2018 16:42
7277
SİYASƏT
A- A+

Putin: Tramp günahkar axtarırsa, güzgüdə özünə baxsın

"Hazırda dünyada neftin qiymətlərinin artmasında günahkar axtaran ABŞ Prezidenti Donald Trampa güzgüdə özünə baxmağı məsləhət görərdim".

Trend-in məlumatına görə, bunu RF Prezidenti Vladimir Putin Rusiya energetika həftəsində deyib.

V.Putin amerikalı liderlə Helsinkidə çox yaxşı görüş keçirdiyini xatırladıb: "Lakin əgər biz bu mövzuya toxunsaydıq, mən ona deyərdim ki, əgər neftin qiymətinin qalxmasında günahkar axtarırsansa, güzgüyə baxmağın lazımdır".

O qeyd edib ki, neftin bir barelinin 65-75 dollar olması Rusiyanı qane edir: "Bu, enerji şirkətlərinin səmərəli işini və investisiya prosesini təmin etmək üçün tam normaldır".

Xatırladaq ki, son günlərdə dünyada neftin qiymətlərində artım müşahidə olunur. Azərbaycanın "AZERI LT" neftinin bir bareli 87 dolları ötüb, "Brent Dated" etalon növlü neftin qiyməti isə təqribən 86 dollar/barel təşkil edir.