adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
03 Oktyabr 2018 15:48
6172
MƏMLƏKƏT
A- A+

Fövqəladə hallar naziri Füzulidə vətəndaşları qəbul edib

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Horadiz şəhərində Füzuli, Beyləqan, Ağcabədi və Xocavənd rayonlarının sakinlərini, həmçinin həmin rayonlarda məskunlaşmış məcburi köçkünləri qəbul edib.

Adalet.az xəbər verir ki, fövqəladə hallar naziri tərəfindən qəbul edilən 15 vətəndaşın müraciətlərinin bir çoxu yerindəcə öz həllini tapıb, bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun dərhal zəruri tədbirlərin görülməsi barədə aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilib. Bundan başqa, kadr məsələləri ilə bağlı 70, digər məsələlərlə bağlı müraciət etmiş 24 vətəndaş nazir müavinləri və nazirliyin müvafiq baş idarə və qurum rəhbərliyi tərəfindən qəbul olunub.