Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hack forumu hacklink satışı Adalet.az | Qurban Qurbanov: "Arsenal"ın sürətinin qarşısını almaq üçün əlimizdən gələni edəcəyik Adalet.az | Qurban Qurbanov: "Arsenal"ın sürətinin qarşısını almaq üçün əlimizdən gələni edəcəyik Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / İDMAN

Qurban Qurbanov: "Arsenal"ın sürətinin qarşısını almaq üçün əlimizdən gələni edəcəyik

3945    |   2018-10-03 15:42
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

"Arsenal"ın sürətinin qarşısını almaq üçün əlimizdən gələni edəcəyik.

Trend-in məlumatına görə, bunu "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının qrup mərhələsinin ikinci turunda Bakıda "Arsenal”a qarşı keçirəcəkləri oyun öncəsi mətbuat konfransında deyib.

Q.Qurbanov sabah bəlkə də dünyanın ən güclü çempionatının komandasına qarşı oynayacaqlarını bildirib: "Ən yaxşı baş məşqçilər də İngiltərə Premyer Liqasında işləyir. Əlavə nəsə deməyə ehtiyac yoxdur".

Baş məşqçi yetirmələrinin oyuna ciddi hazırlaşdığını vurğulayıb: "Sabah hamımızı yaxşı oyun gözləyir. Sona kimi mübarizə aparmaq və yaxşı oyun göstərmək istəyirik.
Sabah rəqibə qarşı mübarizədə diqqətli olmalıyıq. Rəqibin sürətinin qarşısını almaq üçün əlimizdən gələni edəcəyik".

O əlavə edib ki, belə klubların Azərbaycana gəlməsi "Qarabağ" üçün böyük təcrübə, futbolun sevilməsi üçün şansdır: "Azarkeşlər bu cür oyunlara maraq göstəririrlər. Hər belə matçdan sonra fanatlarımızın sayı 1000-2000 artsa, əla olar. Amma hər şeyə real baxmaq lazımdır. Bundan əvvəl də belə böyük klublara qarşı oynamışıq, uğurlarımız da olub. Sabah azarkeşlərimizi tək nəticə yox, oyunumuzla da razı salmaq istəyirik. Əsas məqsədimiz budur".



İmza:
SON XƏBƏRLƏR
2018-12-14


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Neftçi"?

"Qarabağ" (78.95%)
"Neftçi" (21.05%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Mamed:
- Qurtardı, arvadı boşayıram.
Qulam:
- Niyə?
- Təsəvvür edirsən, dünən səhər saat yeddiyə yaxın sakitcə yaxınlaşıram evimizin qapısına. Fikirləşirəm ki, ehmalca qapını açıb xəlvətcə sivişim otağa ki, heç kim bilməsin nə vaxt gəldiyimi. Elə bu zaman arvad da mənnən bir vaxtda qapıya yaxınlaşır, necədi səninçün?!
Soruşuram: "Hardan gəlirsən bu vaxt, aaaz?" Deyir ki, "ən yaxın rəfiqəm Tomagildən". Mən də dedim "qurtardı, boşanırıq!"
- Ay gədə, bəlkə elə doğrudan da Tomagildən gəlirmiş?
- Qələtdi dəə eləyir, Tomagildən mən gəlirdim...




digər lətifələr
ARXİV
FACEBOOK