ANA SƏHİFƏ / MÜSAHİBƏ

Azərbaycanlı yazar: “Oğlumun adını Roman qoyacam” - MÜSAHİBƏ

7237    |   2018-10-04 10:27
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Adalet.az gənc yazar Nemət Mətinlə müsahibəni təqdim edir.


-Nemət bəy, özünüz haqda məlumat verərsiniz...

-Nemət Mətin təxəllüsü ilə yazmağa çalışan gənc yazar. Publisistika mühitini sevirəm. Orada daha azad fikirlər yazmaq olur. Ona görə yazılarımın çoxu məqalələrdir. Arabir hekayələr də yazıram.

-Mən əvvəllər ədəbiyyatdan, kitabdan çox uzaq idim. Baxmayaraq ki, evimizdə yaşayan yazıçı vardı. Bir gün "Robinzon Kruzo” əsəri əlimə keçdi və həyatımı dəyişdi. Sizin kitaba, ədəbiyyata marağınız necə yarandı?

-"Robinzon Kruzo” əsəri çoxşaxəli və maraqlı əsərdir. Məsələn adada tək yaşadığına baxmayaraq Robinzon yerə zibil atmırdı. Bu məncə mədəniyyətin üst qatıdır. İnsan heç kim olmayanda mədəni qalmağı bacarmalıdır.

İlk öncə atamın kitabxanasından M.Ə.Sabirin "Hophopnaməsi” əlimə keçdi. Beləcə kitablara maraq yarandı. Sonra əsgərlikdəki darıxmaq hissinə qalib gəldiyi və ümid verdiyi üçün kitabları daha çox sevdim. İndi ayda 10 kitab oxusam da bezmirəm. Yazmağa həvəs gətirən və stolüstü kitabıma çevrilən əsər isə fransız yazıçı Martin Pajın "Yazı və yaşam kitabı” əsəri oldu. Bu kitab haqqında saatlarla danışsam bezmərəm...

-Esseist kimi tanıyırıq sizi. Bəs roman, hekayə kimi ciddi nəsr əsərləri yazmağı düşünürsüzmü?

- Tezliklə oğlum dünyaya gələcək. Adını Roman qoyacağıq. Artıq ilk romanımı yazmışam. Hekayə yazıram. Hamısı 1-2 səhifəlik hekayələrdir. Həyatdan götürülmə hadisələrdir. Ümumiyyətlə, danışmağı sevmirəm. İnsan bildiyini nə üçün boş-boş danışsın ki? Öyrənmək, müşahidə etmək, görmək, anlamaq gözəl deyilmi? İşiquro deyir ki, bildiyini yazmaq axmaqlıqdır. Bilmədiyini kəşf etmək, özün heyran ola-ola onu yaşamaq və yazmaq. Budur həqiqi ədəbiyyat. Müasir insanın uzun romanlar oxumağa vaxtı yoxdur. Qısa və sərt olmalıdır. Lao Ma bir səhifəlik hekayələri ilə dünyaya tanındı. Jül Renar ümumiyyətlə status yazmaqla şöhrət əldə etdi.

-Kimlərin kitablarını mütaliə edirsiniz?

-Fərq etmir. Yəni əlimə nə düşdüsə, oxuyuram. Klassiklərdən tutmuş gənc yazıçılara kimi hər kəsi oxuyuram. Hər kəsdə mütaliyəyə həvəs yaratmaq lazımdır. Heç kəs oxumur demək asandır. Dikkens kənd-kənd gəzib hekayələrini uca səslə oxuyurdu, Tolstoy təmənnasız uşaqlara dərs keçirdi. Ümumiyyətlə, bir söhbət sənə aid olmayanda onun haqqında rahat danışmaq olur.

-Sevdiyiniz əsərlər hansılardı?

-Stolüstü kitabımdan başqa bir çox kitabların adını çəkə bilərəm. Ümumiyyətlə, düşünürəm ki, hər kitab bir müəllimdir. Hər birindən nə isə öyrənmək olur, bir cümlə, bir fikir olsa belə. Məsələn, Knut Hamsun öz yaşadığı aclıq dövrünü ustalıqla qələmə alıb. Ondan aclığın nə olduğunu öyrənirik. Remarkdan müharibənin dəhşətlərini öyrənirik. Yaşamağa ehtiyac qalmır. Artıq sən onları ürəyində yaşamısan, çünki oxumusan.

- Azərbaycan ədəbiyyatı ilə bağlı nə düşünürsüz? Sizcə dünyaya çıxardacaq yazıçılarımız varmı?

- Azərbaycan ədəbiyyatı çoxdan dünyaya çıxa bilərdi. Repressiya dövründə ədəbiyyatımızın qol-qanadı qırıldı. İndi-indi sağalır. Optimist yanaşıram. Volter sayağı düşünürəm ki, yaxşı olacaq. Bir neçə il öncə tənqidə aqressiv yanaşan yazıçılar, artıq normal yanaşırlar. Bu ədəbiyyatı inkişafa gətirəcək. Məsələn, vaxtında Cəfər Cabbarlı sağ qalsaydı "Aydın” əsərinə film çəksəydilər "V for Vendetta” filmindən daha möhtəşəm alınardı.


-Sizcə, ədəbiyyat kütləyə xidmət etmir ki?

-İki cür ədəbiyyat var. Kütləyə və fərdə hesablanmış. Fərd ədəbiyyatını hər kəs oxuya bilmir. Kütlə ədəbiyyatı isə hər kəs üçündür. Hər ikisində tutarlı, sanballı nümunələr var. Kütləyə əyləncə lazımdır. İncəsənət kütlənin marağına səbəb olmur.

-Dostoyevski, yoxsa Tolsoy?

-Bu mövzuya zaman-zaman yazıçılar, tənqidçilər fikir bildiriblər. Mən sırf bu mövzuda yazı yazmışam. "Ədəbiyyat və kütlə” kitabımda oxuya biləcəksiniz.

Ümumi belə bir fikir deyə bilərəm ki, hər birinin öz aşiqi, oxucusu, tərəfdarı, fanatı var. Dostoyevski müharibə, Tolstoy isə sülh tərəfdarı idi. Onlar bir-birini yetişdirdilər. Bizdə o cür rəqabət yoxdur.

-Azərbaycan ədəbiyyatında ən çox acıdığınız taleli yazıçı kimdir?

-Rafiq Tağını deyərdim. Yazıçı bir dəfə yaddan çıxıb mətnə düşməmiş bir nöqtəli vergülə görə qəzetin məsul katibinə zəng vurub düzəliş olunmasını xahiş edib, sonra ürəyi soyumayıb iki marşrut dəyişərək redaksiyaya gedərək nöqtəli vergülü düzəldərək dərindən nəfəs alıb. Bu cür məsuliyyətli, sözü sərt və dəqiq olan yazıçını tez itirdik.

-Qadını anlamaq yox, sevmək lazımdır. Siz necə qadınları sevirsiz?

-Bəli, sevirəm. Qadın olmasa ədəbiyyat olmazdı. Balzak, Markiz de Sad, Kafka, Tolstoy və bir çox yazıçılar olmazdı. Qadın ilham pərisidir, gücdür, həvəsdir, nəfəsdir. Qadınları ən çox anlayan yazıçı Oskar Uayld idi. "Qadın anlamaq üçün yox, sevilmək üçün yaradılıb” fikrinin müəllifidir. Qadın ədəbiyyata dərin hissiyat gətirdi. Ovoda qadın gözüylə baxa bildik. E.L.Voyniçə xəbər çatanda ki, sovet ölkələrində kitabın çox satılır, inanmamışdı. Ancaq həqiqətən "Ovod” əsərində qadın ruhu hiss olunur. Axırıncı iki bəndlik şeirdən belə bunu duyuruq.

Mən bir xoşbəxt kəpənəyəm

Yaşasam da, ölsəm də...

-"Ədəbiyyat və kütlə” kitabınız çap olundu. Kitab haqda məlumat verərsiniz...

-Məqalələr və bir hekayədən ibarət kitabdır. Məncə yazar, yazıçı öz kitabı haqqında danışmaz. Qoy bu barədə oxucular, tənqidçilər danışsın. Yazar öz kitabı haqqında danışanda bu gülünc görünür. Əvvəl yaz, sonra onu izah elə...

-Təqdimat olacaq?

-Bəli. Noyabrın dördü Kitabevim.az kitab mağazasında günorta 2-də keçiriləcək. Hamı dəvətlidir. Sizləri görməyə şad olaram. Müsahibə üçün təşəkkür edirəm.



İmza:

Cavanşir Paşazadə: “Həyata keçirilən işlərin kökündə Azərbaycan xalqı dayanır”

“Dövlət əhəmiyyətli torpaqlarda özlərinə villalar tikiblər” - Cavanşir Paşazadə

DGKA-nın tələbəsi: Məqsədim gömrükçü olmaqdır

Məşhur yazıçının oğlu: - “Atam çörək qarşılığında fəhləlik edirdi”

XİN-in yeni mətbuat katibi: “2 övladım var” - MÜSAHİBƏ

Azərbaycanlı yazar: “Oğlumun adını Roman qoyacam” - MÜSAHİBƏ

Tanınmış teleaparıcı: - “O şeirə görə səhərə qədər içib ağlamaq olar”

Məşhur Azərbaycanlı filosof : “İndi Nitşeye gülərlər...” - MÜSAHİBƏ

Aqşin Yeniseyin mənə atmaca atması maraqlı deyil - MÜSAHİBƏ

700 bal toplayan tələbə: “BANM qızlarda da mühəndisliyə sevgi yarada bilib”

Murad Arif: : “Söyüşcül olmaq istəyirdim” - MÜSAHİBƏ

KQB polkovniki :“Bizdə heç bir yazıçı agentlik eləməyib” MÜSAHİBƏ

SON XƏBƏRLƏR
2018-10-22


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (70%)
Yox (30%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Vəli Xramçaylını hakim qarşısına çıxarırlar. Hakim:
- Sizi bu iki nəfərə qarşı soyğunçuluqda günahlandırırlar. Bu barədə nə deyə bilərsiniz?
Vəli:
- Vallah, axşam evə gedeyerdim, bu iki qardaş mənə yaxınlaşdı, dedilər ki, saatı və ayaqqabını çıxart. Mən də neyniyim, yazığım gəldi , birinin saatını, o birinin də ayaqqabısını çıxartdem. Polis də məni tutub sizin yanınıza gəteyrdi.




digər lətifələr
ARXİV
FACEBOOK