adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
03 Oktyabr 2018 14:57
21126
MƏDƏNİYYƏT
A- A+

Xalq Yazıçısı İlyas Əfəndiyevin Fəxri Xiyabandakı məzarı ziyarət olunub

Bakı Xoreoqrafiya Akademiyası(BXA) Təhsil Kompleksinin professor-müəllim və tələbə heyəti Azərbaycan dramaturqu, yazıçısı, əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət mükafatı laureatı, xalq yazıçısı İlyas Əfəndiyevin xatirəsini ehtiramla anıb, məzarı üstünə əklil və təzə-tər güllər qoyublar. 

Anım mərasimində Azərbaycandili və ədəbiyyatı kafedrasının müdiri, professor Vəfa Əliyev çıxış edərək:” Bu gün XX əsr Azərbaycan ədəbiyyatının klassiklərindən biri, görkəmli xalq yazıçısı İlyas Əfəndiyevin anım günüdür.XX əsr Azərbaycan ədəbiyyatının inkişafında böyük xidmətləri olan, zəngin bədii yaradıcılığı ilə çoxəsrlik ədəbiyyat xəzinəmizə misilsiz töhfələr bəxş etmiş, həm ölkəmizdə, həm də xarici ölkələrdə geniş şöhrət qazanmış ölməz sənətkarımız İlyas Əfəndiyevin əsərləri tariximizin və müasir dövrümüzün bədii salnaməsidir”-deyə fikirlərini bölüşüb.V. Əliyev onu da qeyd edib ki, İlyas Əfəndiyevin yaratdığıəsərlər bu gün də öz aktuallığını qoruyub saxlayır. Daha sonra tədbir iştirakçıları ölümündən 22 il ötən XX əsr Azərbaycan ədəbiyyatının klassiki və görkəmli sənətkarının, həyat və yaradıcılığından danışaraq onun Azərbaycan ədəbiyyatı və teatrının inkişafındakı xidmətlərindən bəhs ediblər.