adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
03 Oktyabr 2018 14:55
8866
ƏDƏBİYYAT
A- A+

Əbülfət MƏDƏTOĞLU: BİLMİRƏM

Kimə ümid bağladım
Kirpiyi nəm saxladım...
Kimi kimlə ağladım -
bilmirəm...

Kimin üstünə qaçdım
Kimə qolumu açdım...
Kimlərlə qucaqlaşdım -
bilmirəm...

Kimdən uzaq dayandım
Kimçün uzaqda yandım...
Kimi sazaqda andım -
bilmirəm...

Kimə sığınmalıydım
Kimə yıxılmalıydım...
Kimdən çıxılmalıydım -
bilmirəm...

Hara hörülməliydim
Kimlə görünməliydim...
O görünən mən idim ? _
bilmirəm...

Torpaq , səma , bir də su
Yanağımda girdə su -
Nəzir olar pirdə su ? _
bilmirəm...